!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hədəf Nəşrləri”nin 10 illik yubileyi qeyd edildi - VİDEO

!Reklam – Yazi

Bu gün “Hədəf Nəşrləri”nin 10 illik yubiley tədbiri keçirilib.

Yenicag.az xəbər verir ki, yubiley tədbirinin açılışını “Hədəf” Nəşrlərinin təsisçisi Şəmil Sadiq edib. O, açılış mərasimində çıxışı zamanı “Hədəf Nəşrləri”nin fəaliyyətindən danışıb. Şəmil Sadiq bildirib ki, “Hədəf Nəşrləri” milli brenddir və xalqın içindən formalaşıb. Bu brend təhsilin inkişafında öz təssübkeşliyini əldən buraxmayacaq.

Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid açıqlamasında bildirib ki, “Hədəf Nəşrləri” çətin bir işin qulpundan yapışıb. Lakin kitabın ən ümidsiz anda belə qalib olduğuna inanmaq lazımdır. Bu baxımdan “Hədəf Nəşrləri”nin fəaliyyəti təqdirəlayiqdir.

“APA” Holdinqin rəhbəri Vüsalə Mahirqızı isə vurğulayıb ki, təhsilin idarə edilməsində milli ideologiyası olan insanlar öndə olmalıdır. Təhsil və nəşriyyat məsələsində dövlətçilik hissi yüksək olan insanların iştirakı daha vacibdir.

“Hədəf Nəşrləri”nin 10 illik yubiley mərasimində çıxış edən deputat Fazil Mustafa qeyd edib ki, təhsillə bağlı bütün sahələrdə rəqabət mühiti yaradılmalıdır. “Hədəf Nəşrləri”nin fəaliyyətini izlədiyini qeyd edən deputat mütaliə ilə bağlı təkliflə çıxış edib. O, bildirib ki, mütaliənin geniş yayılması üçün kitab üzərindən ƏDV ləğv edilməlidir.

Tədbirdə çıxış edən təhsil eksperti Etibar Əliyev bildirib ki, mövcud şəraitdə kitab çapının sayına görə Azərbaycan Türkiyədən geri qalsa da, “Hədəf Nəşrləri” bu istiqamət üzrə mühüm addımlar atır.

Tədbirdə “Hədəf Nəşrləri” və onunla müştərək çalışan “XAN” nəşriyyatının gördüyü işlərdən də bəhs olunub. Tədbirdə Mədəniyyət və Təhsil Nazirliyinin nümayəndələri, millət vəkilləri, müxtəlif dövlət idarələri və QHT rəhbərləri, nəşriyyat və mədəniyyət adamları, media nümayəndələri iştirak edib.

Sonda nəşriyyatın fəaliyyətinə dəstək verən mətbuat və ictimaiyyət nümayəndələri təşəkkürnamə ilə təltif olunub. Eyni zamanda bütün qonaqlara “Ustad” dərgisinin xüsusi buraxılışı və bədii kitablar təqdim olunub.

Gülşən Şərif

www.yenicag.az

976
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv