!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hədəfə alınan xalq... Xocalı ilə “inkişaf yolu” arasında seçim – Səxavət Məmməd yazır

!Reklam – Yazi

Müharibədən öncə Azərbaycan xalqını qorxaqlıqda ittiham edənlər hərbi qələbədən sonra deyirlər ki, insanlarımız “Qələbəmizin mahiyyətini anlamırlar”.

Azərbaycan xalqının qorxaq olmadığını, bir qığılcıma bənd olduğunu dəfələrlə yazmışdım, bu müharibə də sübut etdi ki, ölümün üstünə qorxmadan, gülərək getməyi bacarırırq.

Gələk, “Qələbəmizin mahiyyətini anlamırlar” iddiasına. Bunu yazanlar, deyənlər özlərini son dərəcə ağıllı, geopolitik təfəkkür yiyəsi hesab edirlər. Gümrüdən dəm vurub, okeanın o tayından çıxırlar. Azərbaycanın dünyadakı imicindən, iqtisadi layihələrdən, tərəfdaşlıqlardan bəhs edirlər.

Çox maraqlıdır ki, bunu deyən, iddia edən şəxslər başqa vaxt Azərbaycan cəmiyyətinin məişət cəmiyyəti olduğunu söyləyirlər, cəmiyyətin siyasiləşməsinin vacib olduğunu vurğulayırlar. İstər məişət olsun, istər siyasi – əgər bir cəmiyyətin yaşam şəraiti aşağıdırsa, əhalinin böyük hissəsinin maaşı bu aydan, o biri aya çıxmağa imkan vermirsə, o cəmiyyət uzaq prespektivə baxacaq, yoxsa bu gününə?

Müəllim gələcəyimizin qurucusudur. Bir müəllimin gələcəyə ümidi yoxdursa, beyni, fikri-zikri maaşa qədər necə dolanacağının yanındadırsa, o necə gələcək qura bilər? Sual versəniz ki, xəyali yox, real olaraq 10 il sonra özünüzü harada görürsünüz? Cavab nə olacaq? Bu barədə düşünən olub? Ümumiyyətlə, Azərbaycan əhalisinin neçə faizi 10 il sonra özünü harada gördüyü haqda suala qəti cavab verə bilər?

Əminliklə deyirəm ki, böyük əksəriyyətinin cavabı belə olacaq: Allah kərimdir. Dövlət büdcəsini talayan, rüşvət alan, korrupsiyaya bulaşan məmurlar da 10 il sonrakı durumlarını təsəvvür edə bilmirlər. Onların da cavabı “Allah kərimdir” olacaq. Çünki ya həbsə gedəcəklər, ya da daha yüksək vəzifəyə.

Sabaha ümidi olmayan xalqı gələcəyini görməməkdə suçlamaq nə qədər doğrudur? Demirəm, yazılmasın, deyilməsin, ancaq “mən görürəm deyə, hamı bunu görməli, yaşamalıdır”, – deyə də bir şey yoxdur. İstənilən bir adamı 2 manatlıq çayxanaya dəvət edib, gələcək prespektivlərdən danışıb, onun bütün suallarına cavab verə bilərsən.

Amma o adam çayxanadan çıxandan sonra kredit borcunu, ya da kirayə haqqını fikirləşəcəksə, gələcəyi yox, ay sonunu hesablayacaqsa, o adamı “Qələbəmizin mahiyyətini anlamır”la ittiham etmək olmaz. Uzun zamandır ki, Azərbaycan xalqı gündəlik qayğılarla yaşayır, günlə, ayla bağlı planlar qurur. Belə olan halda gələcəyə dair optimist düşünməsi də imkansızdır.

Deyirlər, Xocalı, Xankəndi, Xocavənd, Ağdərə də bizim olacaq. Olsun! İstəməyənə lənət! Ancaq sadəcə, bu günü ilə yaşayan xalqdan gələcək prespektivlə bağlı nəsə gözələməzlər. Xalq bu günü ilə yaşadığı üçün əldə etdiyinə sevinir, əli çatmayana isə üzülür.

Naxçıvandan Ermənistan ərazisindən keçməklə Azərbaycana birləşdirilən yolun dəyərindən uzun-uzadı danışa bilərik. Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artacaq, məsafə qısalacaq, o yol Qarabağın inkişafına təkan verəcək. Bu yol həm yaxın, həm də uzaq gələcəyin çox önəmli inkişaf vasitəsi olacaq.

Ancaq sizi inandırım ki, Azərbaycan xalqı üçün Xocalı, Xankəndi, Ağdərə və Xocavəndin işağldan tam azad edilməsi o yoldan daha dəyərli olardı. Səbəb çox sadədir, çünki bu deyilənlər gözlə görüləcək, əllə toxunacaq məsafədədir, o yol isə gələcəklə bağlı plandır.

Sizi ona da inandırıram ki, xalqın həyat səviyyəsi belə olmasaydı və o yol ilə adıçəkilən rayonlar arasında seçmək lazım gəlsəydi, çoxluq o yola üstünlük vərərdi. Bundan əlavə, işğaldan tam azad edilməmiş yerlər hələ də təhdid kimi qalmaqdadır, müharibə ritorikası isə yenə də çox işləkdir.

Xalqı yaxşı tanımaq lazımdır…

www.yenicag.az

1596
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv