!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həkim yaşayan xəstəni morqa göndərdi

!Reklam – Yazi

Braziliya sakini səhvən meyitxanaya ölü kimi göndərilib və cəmi 5 saat sonra onun sağ olduğu məlum olub.

Yenicag.az xəbər verir  ki, bu barədə “New York Post” məlumat yayıb.

Həkimlər noyabrın 29-da 62 yaşlı Xose Ribeyro da Silvanın öldüyünü elan ediblər. Ölümün səbəbi ağız boşluğu xərçənginin ağırlaşması olub. Kişinin ölüm xəbəri axşam saatlarında  ailəsinə çatdırılıb və mərhumun cənazəsi xəstəxanadan 100 kilometr aralıda olan dəfn evinə göndərilib.

Gecə saat 01:00-da dəfn bürosunun əməkdaşı çantanı açıb və kişinin sağ olduğunu görüb.

“”Mərhum”un gözləri açıq idi, çətinliklə də olsa nəfəs alırdı. Bu inanılmazdır. O, 5 saat plastik torbada qalıb”, – deyə dəfn bürosunun əməkdaşı bildirib.

Sonradan məlum oldu ki, Da Silvanın həkimlərindən biri onun nəfəs almadığını görüb və öldüyünü hesab edib. Əslində, bütün bu müddət ərzində kişi boğazına yerləşdirilən traxeostomiya borusu ilə nəfəs alırmış./Unikal/

www.yenicag.az

318
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv