!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həkimdən arayış gətirən tələbələrin qayıbları niyə silinmir? - AÇIQLAMA

!Reklam – Yazi

Ötən günlərdə sosial şəbəkələrdə yayılan məlumat tələbələrin şikayətinə səbəb olub. Məlumatda qeyd edilib ki, bir universitet tələbəsi xəstədirsə və arayış gətirirsə, qayıbları silinməyəcək. Bunun əvəzinə, həmin tələbənin alt qrupda yenidən dərslərə girməsi ödənişsiz olacaq.

Əgər bir tələbə həmin dövrdə ağır xəstə olubsa, xəstəxana da bunu təsdiqləyərək arayış verirsə, qayıblar niyə silinmir? Bu qərar kifayət qədər ədalətlidir mi?

Bununla bağlı Yenicag.az-a açıqlama verən təhsil eksperti İlqar Orucov bildirib ki, bu qərar yeni təhsil standartlarına uyğun olaraq qəbul edilib:

“Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar var. Bir ali məktəbin məcburi kreditləri var. Həmin limitləri keçirsənsə, qayıb limitinə düşürsən. Dünyanın bütün ölkələrində bu qayda var. Bizim təhsilimiz boloniya sistemi ilə uyğunlaşıb. Yeni təhsil standartlarını tətbiq edən hər ölkədə eyni qərarlar verilir”.

Digər təhsil eksperti Elçin Süleymanovun fikirlərinə görə, bu problemlərlə bağlı tələbələrin müxtəlif çıxış yolları var:

“Arayışa görə qayıbların silinməsi sovet dövründən qalan bir anlayışdır. İndiki dövrdə isə dərsdə iştirak etməyən tələbəyə qayıb yazılır. Üzrlü səbəblər varsa, “part-time” təhsil sisteminə keçid edilə bilinər. Yəni bir dərsi 24 kreditlik yox, 12 kreditlik keçmək olar. Tələbə bunu edərək 4 ilə yox, 6 ilə məzun olacaq. Xəstəlik insanın öz əlində deyil. Buna görə də maliyyə baxımından kömək olunur”.

Şahanə Paşa

www.yenicag.az

398
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv