!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həkimdən HƏYƏCAN TƏBİLİ: Burun spreylərinin bir həftədən artıq istifadəsi ciddi fəsad yarada bilər

!Reklam – Yazi

“Bir çoxları soyuqdəymə şikayətləri olan kimi dərhal reseptsiz dərmanlara müraciət edirlər. Amma bunlar heç də həmişə təhlükəsiz deyil”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev nazirliyin rəsmi “Instagram” səhifəsində izləyici suallarını cavablandırarkən qeyd edib.

Mütəxəssis-ekspert bildirib ki, qrip kimi viral, həmçinin, bakterial infeksiyalarda da özbaşına antibiotik istifadə olunması, yəqin ki, hər kəsə məlumdur:
“Belə olan hallarda orqanizmin antibiotiklərə davamlılığı yaranır, hətta daha təhlükəli yan təsirlərə səbəb ola bilər. Adi boğaz ağrısında istifadə olunan pastillərin boğaz ağrısına qarşı təsirinin olub-olmaması belə mübahisəlidir. Onlar hətta selikli qişanın bakterial florasını məhv edə bilərlər. Burun axıntısında istifadə olunan burun spreylərinin bir həftədən artıq istifadəsi burnun selikli qişasını quruda bilər. Bunun əvəzinə duzlu su ilə sprey, çobanyastığı ilə buxar hamamı daha etibarlıdır və daha yaxşı nəfəs almağa kömək edə bilər”./oxu.az

www.yenicag.az

175
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv