!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Həkimlər deyib ki…” -Xərçənglə çarpışan əməkdar artistin SON DURUMU- FOTO

!Reklam – Yazi

“Xərçəngdən əziyyət çəkən Əməkdar artist Novruz Qartalın səhhəti yaxşı deyil” .

Bunu Əməkdar artist Novruz Qartalın ziyarətinə gedən həmkarı, əməkdar artist Rəhman Rəhmanov Yenicag.az-a açıqlamasında deyib.

O, həmkarının madii və mənəvi köməyə ehtiyacı olduğunu bildirib:

“Novruzun vəziyyəti yaxşı deyil, onkoloji xəstədir. Orada təmənnasız əməliyyat olunub. Evə buraxılıb indi. Novruzun dediyinə görə, 3 ay sonra yenidən xəstəxanaya gedəcək, ikinci dəfə əməliyyat olunacaq. Musiqili Teatrın kollektivi sağ olsun, gəlib baş çəkir, köməklik göstərirlər. Onun həm maddi, həm mənəvi köməyə ehtiyacı var. Ömrünün dörddə üçünü teatra həsr, eyni zamanda fəda etmiş aktyordur. Tək o deyil, yaşlı aktyor və aktrisalarımız var ki, xəstə olsalar da, olmasalar da ehtiyacları var ki, sənət yoldaşları onlara baş çəksin. Qapılarını açıb içəri girsinlər, onlara baş çəkmək məlhəm kimidir. Nəsildən-nəsilə keçən teatr gənclərə məhz yaşlı aktyorlar tərəfindən ötürülür. Elə özümü də yaşlı nəsil aktyorlardan sayıram. Mən bunun şahidiyəm ki, Novruz müəllim mənimlə danışa-danışa gözü qapıda qalmışdı, gözləyirdi ki, kimsə ziyarətinə gələcək”.

Cəvahir

www.yenicag.az

782
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv