!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Helikopter faciəsi qəza, yoxsa terrordur? - “Müharibə gedən ölkədə bu ehtimal nəzərə alınmalı idi” - ŞƏRH

!Reklam – Yazi

“Yüksək vəzifəli şəxslərin həmin helikopterdə bir yerdə olması şübhələr doğurmağa başlayıb”.

Bunu Ukraynada baş verən helikopter qəzasının şübhəli ehtimallarından danışan hərbi ekspert Telman Qasımlı Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, helikopter qəzası Ukrayna üçün böyük zərbə oldu:

“Qəzada yüksək vəzifəlilərlə yanaşı azyaşlılar da həlak oldu. Bu, texniki səbəbdən baş vermiş qəza da ola bilər, terror aktı olması ehtimalı da var. Nəticələr araşdırılandan sonra Ukraynanın rəsmi açıqlaması ilə bu qəzanın səbəbi hər kəsə bəlli olacaq”.

Yüksək vəzifəli şəxslərin həmin helikopterdə bir yerdə olması isə terror aktı şübhəsini artırır”.

Hərbi ekspert qeyd edib ki, bütün dünyanın diqqəti həmin qəzanın üzərindədir:

“Beynəlxalq təcrübələrə əsasən bir neçə yüksək vəzifəli şəxsin birgə səyahəti qadağandır. Müharibə gedən ölkədə bu cür ehtimalları nəzərə almalı idilər. Yaxın günlərdə yəqin ki, Ukraynadan qəzanın terror, yaxud texniki səbəbdən baş verməsilə bağlı rəsmi açıqlama veriləcək.

Bu taleyi biz də yaşamışıq, acılarını biz də anlayırıq. Erməni quldurları 1991-ci il noyabrda Qarakənd üzərində Azərbaycanın yüksək vəzifəli şəxslərinin birgə səyahət etdiyi helikopteri vurmuşdu”.

Nəsimi Ələsgərli

www.yenicag.az

338
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv