!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Həlli görünməyən “QƏLİZ MƏSƏLƏ” – Can verən kinomuzu kim və necə DİRİLDƏCƏK?

!Reklam – Yazi

Deyirlər istedadsız onsuz da özünə yol açacaq, əsas odur istedadlıya kömək edəsən. Bunu sənət cameəsinə, xüsusən də aktyor sənətinə şamil edəsi olsaq, istedadsızların həqiqətən də meydan suladığını görürük. İstedadlılar isə kənardan baxa-baxa hələ də gözləmə mövqeyindədir. Nə vaxt film çəkiləcək, nə vaxt onlara da həmin filmlərdə rol veriləcək?

Söhbət böyük kinodan gedir. Keçmişə nəzər salsaq, bu günümüzün ən müqtədir aktyoru olan Xalq artisti Rasim Balayevin istedadı 22 yaşında kəşf olunmuşdu. Milli kinomuzun əvəzolunmaz rejissoru Həsən Seyidbəyli tərəfindən. Həmin vaxt gənc Rasimin istedadının üzə çıxması üçün ona “Nəsimi” filmində böyük şairin obrazını canlandırmaq həvalə olundu. Rolunun öhdəsindən məharətlə gələn gənc aktyorun qarşısında yanan yaşıl işıq onun sənət taleyini həll etdi. Amma bu gün istedadlı aktyorları üzə çıxarmaq üçün nə Həsən Seyidbəyli kimi rejissorlar var, nə də o səviyyədə çəkilən filmlər… Belə olan təqdirdə hansı istedaddan danışmaq olar? Bu, işin bir tərəfi.

Digər vacib olan məqam… İllər sonra adını çəkdiyim Rasim Balayev və onun kimi digər məşhur aktyorlar sonradan milli kinomuzun əsas sütunları oldu. O filmlər yaşadıqca, onların da adları sevə-sevə çəkiləcək. Amma bu nəsil davam edirmi? Gəlin görək, 30-40 ildən sonra hansı aktyorların adı çəkiləcək və yaddaşlara yazılacaq? Yaxud hansı filmin adı milli kino tarixinə düşəcək?

Təəssüflər olsun ki, bu gün kinomuzda yeni nəsil rejissor və aktyor nəsli yetişmir. Kinomuzda durğunluq hökm sürür. Nə film çəkən var, nə filmə çəkilən. Söhbət sənət əsərlərindən gedir. Azərbaycanda kinoya dair bir neçə rəsmi qurumlar var ki, onların da başı kino çəkməyə yox, daxili çəkişmələrə qarışıb.

Digər bir tərəfdə isə özünə peşəkar rejissor və aktyor deyən, danışanda ağızlarına çullu dovşan sığışmayan istedadsızlar gözümüzün önündə meydan sulayır. Onları görən tamaşaçıya da elə gəlir ki, sənət deyilən nəsnə də elə bu çəkilənlərdən, sənətkar deyilənlər də elə bu özlərini ulduz hesab edən “ulduzcuqlar”dan ibarətdir. SOS siqnalının vaxtı deyilmi? Hətta çox gecikmişik.

Kinoya aidiyyəti olan əlaqədar qurumlar, lütfən istedadlıların ulduzunu parıldadın ki, kino cameəsini bu zülmətdən çıxara biləsiz.

Cəvahir

www.yenicag.az

885
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv