!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Həm Brüssel, həm də Moskva Zəngəzurda dəmiryol və avtomobil yolunun açılmasında...” - ŞƏRH

!Reklam – Yazi

“Paşinyan özünün sonuncu Moskva səfəri zamanı Putinlə söhbətində bu məsələyə işarə edərək tamam fərqli mövqe nümayiş etdirdi”.

Bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iyunun 9-da İrəvanda keçirdiyi brifinqdə Azərbaycanla Ermənistan arasında dəmiryol marşrutunun razılaşdırıldığını, avtomobil yollarının isə razılaşdırılmaq üzrə olduğunu açıqlamasına münasibət bildirən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, rusiyalı nazirin mövcud kommunikasiyaların açılması və yenilərinin yaradılması ilə bağlı dediyi fikirlər müsbət qiymətləndirilə bilər:

“Lavrovun İrəvanda keçirdiyi görüş və orada səsləndirdiyi bəzi bəyanatlar indiki dönəmdə müharibədən sonrakı problemlərin aradan qaldırılması istiqamətində ardıcıl işləyən Azərbaycan dövləti üçün müəyyən narahatlıqlar doğursa da, xüsusilə Azərbaycanla Ermənistan arasında mövcud kommunikasiyaların açılması, həmçinin yenilərinin yaradılmasına dair bəyanatları təqdirəlayiqdir.

Mən yuxarıda Azərbaycanda narahatlıq doğuran məsələləri vurğulayarkən ona işarə etmək istədim ki, Fərrux dağı ətrafında baş verən məsələlərin Lavrov tərəfindən sərhədlərin delimitasiyası və demarkasiyası kontekstində nəzərdən keçirilməsi çox təəccüblüdür. Çünki Fərrux dağının və orada baş verənlərin Azərbaycan-Ermənistan delimitasiya və demarkasiya məsələlərinə heç bir aidiyyatı yoxdur.

Amma mövcud kommunikasiyaların açılması və yenilərinin yaradılması ilə bağlı deyilən fikirlər müsbət qiymətləndirilə bilər. O da nəzərə alınmalıdır ki, Ermənistan Azərbaycanla əldə olunmuş razılaşmaları gec icra edir, hətta bəzi hallarda mövcud razılaşmaların təfsirində yanlış mövqe tutur. Əgər Brüssel görüşündə əldə olunan razılaşma Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında kommunikasiyaların açılması, orada dəmiryol ilə avtomobil yolunun işə salınmasını ehtiva edirdisə, çox təəssüf ki, Paşinyan özünün sonuncu Moskva səfəri zamanı Putinlə söhbətində bu məsələyə işarə edərək tamam fərqli mövqe nümayiş etdirdi.

Hər halda, bizim üçün vacib olan odur ki, həm Brüssel, həm də Moskva Zəngəzurda dəmiryol və avtomobil yolunun açılmasında eyni mövqe sərgiləyirlər və rəsmi olaraq bu kommunikasiyaların açılmasında maraqlı olduqlarını açıq şəkildə göstərirlər. Proses bizim xeyrimizədir”.

A.Zeynalov

www.yenicag.az

407
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv