!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Həm maliyyə az xərclənəcək, həm də filmlərin sayı artırılacaq” – Tanınmış rejissor

!Reklam – Yazi

“Mədəniyyət Nazirliyi indiyə kimi 2-3 bədii, 10-15 sənədli film çəkirdisə, artıq bu fərmandan irəli gələrək onların sayı 50-60-a çatdırılmalıdır”.

Bu fikirləri Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Kino Agentliyi publik hüquqi şəxsin yaradılması haqqında” imzaladığı Fərmanla bağlı düşüncələrini bölüşən tanınmış rejissor Tahir Tahiroviç Yenicag.az-a açıqlamasında səsləndirib.

Rejissor bu fərmanın milli kinonun inkişafına böyük təkan verəcəyini bildirib:

“Təbii ki, agentlikdə struktur məsələləri də öz əksini tapacaq. Mədəniyyət Nazirliyi ilə əlaqələr sürətlənəcək. Yeni yaradılan agentlikdən çox şeylər gözləyirəm. Artıq film istehsalı ilə yalnız dövlət məşğul olmayacaq. Agentlik müstəqil kino şirkətləri ilə işbirliyi quracaq. Filmlərin sayı artırılmalıdır. Tutaq ki, Mədəniyyət Nazirliyi indiyə kimi 2-3 bədii, 10-15 sənədli film çəkirdisə, artıq bu fərmandan irəli gələrək, onların sayı 50-60-a yaxınlaşmalıdır. Buna da yeni yaradılan agentliyin müstəqil kino şirkətləri ilə quracağı işbirliyi nəticəsində nail olunacaq. Eyni zamanda, həm maliyyə az xərclənəcək, həm də filmlərin sayı çoxalacaq. Mən bunu gözləyirəm və inanıram ki, belə də olacaq”.

Cəvahir

www.yenicag.az

343
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv