Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Qarabağ FC

Həm “Qarabağ”, həm də “Neftçi” mövsümə itki ilə başladı - VİDEO

Reklam: Sinerji Pro

Bu gün Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün ilk turuna yekun vurulub.

Yenicag.az xəbər verir ki, turun ikinci oyun günündə iki matç baş tutub.

Bu gün də hər iki qarşılaşma Bakıda keçirilib. Ötən mövsümün çempionu və vitse-çempionu – avrokuboklarda mübarizəni davam etdirən “Neftçi” və “Qarabağ” mövsümdəki ilk görüşlərinə çıxıblar.

Ağdam klubu səfərdə “Zirə” ilə qarşılaşıb. Heç vaxt bu rəqibə uduzmayan Qurban Qurbanovun yetirmələri bu dəfə də ənənəni davam etdiriblər. “Qarabağ” ilk hissəni öndə bitirsə də, yekunda üstünlüyü əldən verib – 1:1. Komandalar ilk turda xalları yarı bölüblər.

Son çempion isə “Qəbələ”ni qəbul edib. Öncə Çempionlar Liqası, ardınca Avropa Liqası ilə vidalaşan “Neftçi” iki dəfə hesabda irəli keçsə də, qələbə qazana bilməyib. Günün digər oyunu kimi bu matç da “sülh”lə başa çatıb.

Ötən mövsümün liderlərinin xal itirdiyi turun ilk günündə “Sabah” “Səbail”ə (0:1), “Keşlə” “Sumqayıt”a (0:2) uduzub.

Azərbaycan Premyer Liqası
I tur
15 avqust (bazar)

“Zirə” – “Qarabağ” – 1:1
Qollar: Təmkin Xəlilzadə, 50 (pen.) – İsmayıl İbrahimli, 18

“Neftçi” – “Qəbələ” – 2:2
Qollar: Fəhmin Muradbəyli, 55, Voyislav Stankoviç, 76 – İsnik Alimi, 67 (pen.), Ülvi İsgəndərov, 84

www.yenicag.az

232
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100