!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Həm Ukrayna, həm də Rusiya ordusunun ciddi problemləri var” – Amerikalı general

!Reklam – Yazi

“Ukraynanın Krım da daxil olmaqla, öz ərazi bütövlüyünü bərpa etməsi onun üçün qələbə sayılacaq”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri ABŞ-nin Avropadakı Silahlı Qüvvələrinin sabiq komandanı general Mark Hertlinq “Wiener Zeitung” nəşrinə müsahibəsində deyib.

Generalın sözlərinə görə, müharibənin indiki mərhələsində həm Ukrayna, həm də Rusiya ordusunun ciddi problemləri var:

“Əlbəttə, nəyin qələbə sayılacağına Prezident Zelenski və Ukrayna xalqı qərar verməlidir. Ancaq mənim fikrimcə, Ukraynanın Krım da daxil olmaqla, öz ərazi bütövlüyünü bərpa etməsi onun üçün qələbə sayılacaq.

Rusiya ordusunda əsgərlərə təlim çox pis keçilir. Ölkədə səfərbərliyin yeni dalğaları müharibənin gedişinə təsir edə bilər. Belə bir hərbi deyimi xatırlatmaq istəyirəm: kəmiyyətin də öz keyfiyyəti var. Lakin Putin 300 min yeni əsgər toplasa belə, onlara necə təlim keçiləcəyi, necə geyindiriləcəkləri kimi suallar açıq qalır.

Eyni zamanda, tərəflərin problemlərinin olduğu qeyd edilməlidir”.

www.yenicag.az

344
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv