!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

HƏMAS 14 azərbaycanlını əsir götürdü? - Rəsmi cavab

!Reklam – Yazi

HƏMAS-ın hər hansı azərbaycanlını girov saxlaması barədə məlumatlar təsdiqini tapmayıb.

Yenicag.az xəbər verir bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yayılan məlumatla əlaqədar Azərbaycanın İsraildəki səfirliyi araşdırma aparır.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. Hücum İsraillə Fələstin arasında genişmiqyaslı toqquşma ilə müşayiət olunur. Döyüşlər davam edir.

Hadisələr zamanı, həlak olan azərbaycanəsilli şəxslərin sayı 7 nəfərdir.

Həlak olan 7 nəfərin adlarını xatırladırıq:

Şamil Abbasov (İsrail vətəndaşı);

Emin Axundov (İsrail vətəndaşı);

İlkin Nəzərov (Azərbaycan vətəndaşı);

Lior Əzizov (vətəndaşlığı dəqiqləşdirilir);

Roman Gandel (İsrail vətəndaşı);

Eden Abdullayeva (İsrail vətəndaşı);

Emil Samuyelov (vətəndaşlığı dəqiqləşdirilir).

www.yenicag.az

160
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv