!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

HƏMAS atəşkəs razılaşması üçün bu iki dövlətin qarant durmasını istəyir

!Reklam – Yazi

Dohada aparılan danışıqlarda Fələstin nümayəndə heyətinin vasitəçilər Qətər və Misirin, həmçinin Türkiyə və Rusiyanın qarantlığını tələb etdiyi, Təl-Əvivin buna etiraz etdiyi iddia edilib. 

Yenicag.az xəbər verir ki, Fələstin nümayəndə heyətinin Dohada Həmas ilə İsrail arasında aparılan danışıqlarda Qəzzada atəşkəs və qarşılıqlı məhbus mübadiləsi razılaşması üçün Türkiyə və Rusiya, eləcə də vasitəçi Qətər və Misirdən qarantlıq tələb etdiyi, Təl-Əvivin buna etiraz etdiyi iddia edilib.

İsrail televiziyasının Kanal 13-ün xəbərinə görə , Qətər və Misirin vasitəçiliyi ilə Dohada müzakirə edilən Qəzzada atəşkəs və qarşılıqlı məhbus mübadiləsi razılaşmasında Həmas və İsrail arasında razılaşdırıla bilməyən bir neçə məsələ var.

Bildirilib ki, HƏMAS “vasitəçi qismində çıxış edən Qətər və Misirin, həmçinin Türkiyə və Rusiyanın razılaşmanın təminatçısı kimi çıxış etməsini istəyir”, Təl-Əviv isə buna etiraz edib.

Bildirilib ki, HƏMAS 2001-ci ildə İsrail əsgəri Gilad Şalitin əsir mübadiləsi müqaviləsi ilə azadlığa buraxılan və sonradan yenidən həbs edilən 48 fələstinli məhbusun azadlığa buraxılmasını istəyir, lakin Tel-Əviv onların hamısını deyil, bəzilərini azad etməyə razılıq verib”.

Oktyabrın 7-dən bu yana İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda 13 mindən çoxu uşaq və 9 mini qadın olmaqla, təxminən 32 min fələstinli həyatını itirib. /turkustan.az

www.yenicag.az

127
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv