!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“HƏMAS döyüşçüləri kütləvi şəkildə təslim olur” - İsrailin müdafiə naziri

!Reklam – Yazi

“HƏMAS döyüşçüləri kütləvi şəkildə təslim olmağa başlayıb”.

Yenicag.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant “Yediot Ahronot”a açıqlamasında deyib.

İsrail hərbçiləri Qəzza zolağının ərazilərini təmizləyərkən HƏMAS döyüşçüləri kütləvi şəkildə təslim olur.

“Radikallar dağılmaq üzrədir. Könüllü əsirlərin sayı vəziyyəti izah edir. Onlar bunkerlərdən çıxanda silah və yemək çatışmazlığının olduğunu etiraf edirlər”, – Qalant bildirib.

Onun sözlərinə görə, İsrail hərbçiləri Qəzza zolağındakı əməliyyatlar zamanı HƏMAS-la əlaqəli “minlərlə yaraqlı və yüzlərlə komandiri” məhv ediblər.

Həmas-ın Qəzza zolağında bir çox infrastruktur obyektləri də məhv edilib. Belə ki, tunellər, hərbi infrastruktur və silah-sursat anbarları dağıdılıb.

Qalant qeyd edib ki, hərbçilər kəşfiyyat məlumatlarını çıxardıqları yüzlərlə kompüter əldə edə biliblər.

Qəzzanın səhiyyə nazirliyi daha əvvəl bildirib ki, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda həlak olan fələstinlilərin ümumi sayı 17 997 nəfərə çatıb, 47 000-ə yaxın yaralı var.

Xuraman Etibarlı

www.yenicag.az

353
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv