!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

HƏMAS girovları hansı şərtlərlə azad edəcək?

!Reklam – Yazi
Fələstinin HƏMAS hərəkatı atəşkəs əldə olunmayana qədər girovları azad edə bilməz. 
Yenicag.az xəbər verir ki, bu barədə “Kommersant”a Moksvada HƏMAS-ın nümayəndə heyətindən Əbu Həmid məlumat verib.
Onun sözlərinə görə, HƏMAS müharibənin ilk günlərindən “mülki məhbusları” azad etmək niyyətində olduğunu bəyan edib, lakin oktyabrın 7-də Qəzza zolağına düşən hər kəsi tapmaq üçün vaxt lazımdır.
“1948-ci ildə işğal olunmuş ərazilərə yüzlərlə vətəndaş və Fələstinin müxtəlif qruplaşmalarından olan onlarla yaraqlı daxil olub və İsrailin “Qəzza” diviziyasının süqutundan sonra əksəriyyəti mülki şəxs olmaqla onlarla insanı əsir götürüblər. Onları Qəzzada tapmaq və sonra azad etmək üçün vaxt lazımdır”, – Əbu Həmid bildirib.
Əbu Həmid vurğulayıb ki, bu işi başa çatdırmaq üçün sakit mühit lazımdır. Onun sözlərinə görə, “İsrailin bombardmanı indiyədək 50 əsirin ölümünə səbəb olub”.
Əbu Həmid həmçinin bildirib ki, HƏMAS nümayəndə heyəti Moskvaya səfəri zamanı “rusiyalı dostlarına 7 oktyabr hücumunun səbəblərini izah ediblər”. “Rusiya Federasiyası Fələstin xalqı üçün dost ölkədir və Fələstin xalqının bütün nümayəndələri ilə əlaqələr saxlayır. Biz onunla müxtəlif məsələlərdə məsləhətləşməyə həmişə hazırıq”, – deyə o əlavə edib.
Qeyd edək ki, dünən, oktyabrın 26-da HƏMAS-ın nümayəndə heyəti Moskvaya səfər edib. İsrail səfəri “utancverici addım” adlandırıb./Qaynarinfo

www.yenicag.az

315
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv