!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

HƏMAS: "İrandan çox Şimali Koreyaya güvənirik" - VİDEO

!Reklam – Yazi

HƏMAS Şimali Koreyaya İrandan daha çox ümid bəsləyir.

Yenicag.az xəbər verir ki, HƏMAS-ın Xarici Ölkələrlə Əlaqələr üzrə Milli Bürosunun rəhbəri Əli Barakə müsahibəsində İranın ultra uzaqmənzilli raketlərə malik olmadığını bildirib.

Aparıcının “The Wall Street Journal yazır ki, Şimali Koreya lideri Kim Çen In Fələstin xalqına, xüsusən də HƏMAS-a dəstək verməyə çağırıb, bunu ciddi qəbul edirsiniz?” sualına Əli Bərəkə belə cavab verib:

“Bəli. Şimali Koreya lideri bəlkə də dünyada yeganə adamdır ki, ABŞ-ni vurmağa qadirdir. Gəlin, hər bir şeyi öz adı ilə çağıraq. İranın Amerikaya çata biləcək silahları yoxdur. Lakin ABŞ açıq şəkildə hücumda iştirakını genişləndirərsə, İran İsrailə, eləcə də bölgədəki Amerika bazalarına və gəmilərinə zərbə endirə bilər.

Bununla belə, Şimali Koreyanın Amerikaya zərbə endirmək imkanı var. Şimali Koreyanın müdaxilə edəcəyi gün gələ bilər, çünki o, bizim ittifaqımızın bir hissəsidir.

Bu gün Amerikanın bütün düşmənləri daha da yaxınlaşır. Rusiya bizimlə hər gün əlaqə saxlayır. Çin Dohaya elçisini göndərib. Çin və Rusiya Həmas liderləri ilə görüşdülər.

HƏMAS nümayəndə heyəti Moskvaya yola düşüb və tezliklə Pekinə gedəcək. Amerikanın regiondakı bütün düşmənləri məsləhətləşir və bir araya gəlir. Və bir gün gələr ki, onlar birləşib Birləşmiş Ştatları məhv edərlər”.

Xuraman Etibarlı

www.yenicag.az

278
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv