!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

HƏMAS İsraillə ilkin RAZILIĞA GƏLDİ

!Reklam – Yazi

HƏMAS İsraillə prinsipli razılıq edib.

Yenicag.az xəbər verir ki, bu barədə “The Washington Post” ərəb diplomata istinadən məlumat yayıb. Radikal HƏMAS hərəkatı ən azı 50 məhbusu azad etməyə hazır olduğunu bildirərək İsraillə ilkin razılığa gəlib.

Sövdələşmə indi İsrail tərəfindən nəzərdən keçirilir.

“Həmas sazişə prinsipcə ilkin razılıq verib və indi İsrail təklifi nəzərdən keçirir. Bu, Qəzza zolağında HƏMAS tərəfindən əsir götürülən təxminən 240 əcnəbinin və ən azı 50 İsrail vətəndaşı olan qadın və uşağın azad edilməsini nəzərdə tutur”, – Amerika nəşri yazır.

Girovların azad edilməsi müqabilində Həmas İsraildən 3-5 gün ərzində hərbi əməliyyatları dayandırmağı, Qəzza zolağına humanitar yardımı artırmağı və münaqişə zamanı İsrail həbsxanalarında saxlanılan bir sıra qadın və uşaqları azad etməyi tələb edir.

Xuraman Etibarlı

www.yenicag.az

228
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv