!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Həmin bankın qoyduğu məhdudiyyətin Azərbaycana önəmli təsiri olmasa da...” - MÖVQE

!Reklam – Yazi

“Sadəcə olaraq hesab edirəm ki, bu qərar siyasi motivlərə uyğun verilib”.

Bu sözləri Avropanın “Raiffeisen” bankı tərəfindən Azərbaycanın avro ilə gedən ödənişlərin emal edilməsi məhdudlaşdırılan ölkələr siyahısına əlavə edilməsinə münasibət bildirən iqtisadçı ekspert Eyyub Kərimli Yenicag.az-a açıqlamasında bildirib.


O qeyd edib ki, bu cür xoşagəlməz addımlar ölkəmiz üçün həyəcan təbili rolunu oynamalıdır:

“Ümumiyyətlə, bu bankın bu cür qərarı siyasi xarakter daşıyır. Çünki belə bir qərar üçün heç bir əsas yoxdur.

Belə ki, Azərbaycan Avropa İttifaqının 10-a yaxın ölkəsi ilə müxtəlif sahələrdə, əsasən də enerji resursları sahəsində əməkdaşlıq edir. Bu yaxınlarda Avropa Birliyi ilə qeyri-neft sektorunun ixrac imkanları daha da genişlənib. Həmçinin kənd təsərrüfatı, gön-dəri və yun məhsullarının idxalı ilə bağlı sazişlər imzalanıb.

Hesab edirəm ki, bu qərar siyasi motivlərə uyğun verilİB. Bu qərardan Azərbaycan iqtisadiyyatı əhəmiyyətli zərər görməyəcək. Çünki digər banklarla da əməkdaşlıqlarımızı davam etdirmək mümkündür.

Bundan əlavə qeyd etmək istəyirəm ki, bu bankın qərarı sırf müştərilərə və əməkdaşlıq etdiyi qərarlara şamil ediləcək. Bu baxımdan da həmin bankın qoyduğu məhdudiyyətin Azərbaycanın xarici ticarət əlaqələrində önəmli təsiri müşahidə olunmayacaq. Lakin bu bankın belə bir qərarı təəssüf doğuran məqamdır. Bu xoşagəlməz hal ölkəmiz üçün bir növ həyəcan siqnalı rolunu oynamalıdır. Sözsüz ki, bu məqam araşdırılmalı və bununla bağlı müvafiq tədbirlər görülməlidir. Hazırda dövlətimiz bu hadisədən nəticə çıxarmalı və bu tendensiyanın genişlənməsinin qarşısı alınmalıdır”

Yusif Səmədzadə

www.yenicag.az

231
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv