!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həmkəndlisinin evindən oğurluq edən şəxs saxlanıldı - FOTO

!Reklam – Yazi

Masallıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılan şəxsin oğurluq əməlinin də üstü açılıb.

Yenicag.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Musaküçə kənd sakini Xəqani Mamedov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə həmin şəxsin oğurluq əməlinin də üstü açılıb. Belə ki, Xəqani Mamedovun gecə saatlarında həmkəndlisinə məxsus yaşayış evindən ümumi dəyəri 1500 manat olan 1 ədəd televizor və 1 ədəd noutbuk oğurladığı müəyyən edilib. Oğurlanan əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

www.yenicag.az

392
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv