Həmsədrlərdən Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşülə bağlı bəyanat

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri – Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla Brüsseldə keçirdikləri görüşə dair bəyanat yayıblar.

Yenicag.a-ın ATƏT-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, bəyanatda Brüssel görüşünün Azərbaycan və Ermənistanda keçirilmiş seçkilərdən sonra ilk yüksək səviyyəli görüş olduğu qeyd edilib.

Bəyanatda bildirilir ki, nazirlər vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və əsas müzakirələrə yenidən başlanması üçün növbəti addımları və parametrləri müzakirə ediblər. Nazirlər yaxın zamanlarda yenidən ATƏT həmsədrlərinin vasitəçiliyi ilə görüşmək barədə razılığa gəliblər.