Həmyerlisinin maşınını aşırdı, 3 nəfəri döyərək xəstəxanalıq etdi – Yenicag.Az

Reklam

Reklam

Şamaxı rayonunda avtomobil qəzası törədilib, 5 nəfər xəsarət alıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 17:00 radələrində rayonun Dağ Bağırlı kənd sakini Zeynalov Adil Surət oğlu qardaşı oğlu Zeynalov Röyal Sahib oğlu ilə birgə “VAZ 21011” markalı minik avtomobili ilə Göylər kəndində qarşıda hərəkət edən həmkəndlisi, Cəfərov Tural Həbib oğluna məxsus “VAZ 2107” markalı minik avtomobilini arxa tərəfdən vuraraq onu aşırıb.

Hadisə zamanı Tural Cəfərov və xalası oğlu Cəfərov Rəşadət Zahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sonra “VAZ 21011”-in sürücüsü Adil Zeynalov qarşıda hərəkətdə olan, Tural Cəfərovun qardaşı Cəfərov Xətai Həbib oğluna məxsus “VAZ 2106” markalı minik avtomobilinin də qarşısını kəsərək onu aşırmaq istəyib. Avtomobil dayanan kimi Adil Zeynalov və qardaşı oğlu Röyal Zeynalov sürücü Xətai Cəfərovu və onun atası Həbib Cəfərovu, qardaşı Agah Cəfərovu bel və ağacla döyərək onlara ağır bədən xəsarətləri yetiriblər.

Xəsarət alanlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Məlumata görə, Xətai və Tural Cəfərovlar bu gün analarının ölümünün ildönümü ilə bağlı qəbristanlığa ziyarətə gediblər və oradan geri qayıdarkən bu hadisə baş verib.
Hadisəni törədənlərlə xəsarət alanlar arasında əvvəllər də bir neçə dəfə münaqişə olduğu bildirilir.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 675
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."