!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hər adam “eksimer lazer əməliyyatı” etdirə bilməz – Tanınmış oftalmoloqdan qəti etiraz

!Reklam – Yazi

Bəzən hansısa mövzu ətrafında müxtəlif fikirayrılığı yaranır. Bu cür hallar tibbdə daha çox baş verir. Bir həkimin “olar” dediyi, digəri tərəfindən etirazla qarşılanır. Oftalmologiya sahəsində isə bu məsələyə daha ciddi yanaşmaq lazımdır. Çünki gözlə zarafat etmək olmaz.

Son vaxtlar dəb halını alan eksimer lazer əməliyyatı demək olar ki, eynək taxan hər kəsin arzusuna çevrilib. Bəs bu əməliyyat hər kəs üçün keçərlidirmi? Kim eksimer lazer əməliyyatı etdirə bilməz? Tanınmış oftalmoloq, “Miopiya və lazer” mərkəzinin rəhbəri Günay Əliyeva bizi maraqlandıran sualları çox dolğun cavablandırdı:

“Bilirsiz ki, eksimer lazer eynəkdən azad olma əməliyyatıdır. Deyəndə ki, bu əməliyyat cəmi 3 dəqiqə çəkir, hamı heyrətlənir. Əslində, bu, belədir. 3 dəqiqə ərzində hər iki gözdə əməliyyat aparılır. Xəstə heç bir ağrı hiss etmir. Biz gözə iynə ilə müdaxilə etmirik. Damla şəklində göz keyidilir və əməliyyat həyata keçirilir. 3 dəqiqədən sonra xəstə tam görmə ilə evinə gedə bilir. Bu gün isə siz çox gözəl mövzuya toxunmusuz.

Elə məndən də çox vaxt soruşurlar: “hamı eksimer lazer oluna bilərmi?”, ya da “bu əməliyyat kimlərə olmaz?” Çünki çox vaxt yanıma bu cür əməliyyatdan sonra gözündə fəsad yaranan insanlar gəlir. Məndən məsləhət istəyirlər. Deyim ki, eksimer lazer estetik əməliyyatdır. Bu, komfort, gözəllik naminə edilən lazer müdaxiləsidir. “Etməyəcəksənsə kor ola bilərsən”, deyə bir şey yoxdur. Bunu deyirlərsə, yanlışdır. Amma ekzimer lazer əməliyyatını da hər adama etmək olmaz. Niyə? Göstəricilər uyğun deyilsə, bu əməliyyatdan 3-4 ildən sonra görmə yenidən zəifləyər və bu, həqiqətən də korluğa aparıb çıxara bilər. Bu günlərdə bir pasiyent gəldi və mən ona sizə “əməliyyat olmaz”, dedim. Çünki gözün buynuz qişası zəif idi. Mənə isə irad bildirirlər ki, bəs sizdən əvvəl başqa bir həkim dedi ki, olar. Deyirəm, etməyin. Çünki gələcəkdə bunun fəsadını görəcəksiniz.

Həftə ərzində 200-ə yaxın pasiyentə baxıb, sadəcə 5-10 nəfərə “sizə eksimer lazer əməliyyatı olar” deyirəm … Biz istəyirik ki, hər zaman görən gözümüz olsun. İstər eynəklə, istərsə də əməliyyatla.. əsas odur insanlar dünya işığına həsrət qalmasınlar. Amma kiməsə yalançı ümid vermək cinayətdir.

www.yenicag.az

156
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv