!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hər an sərhəddə silahlar işə düşə bilər” - Polkovnikdən XƏBƏRDARLIQ

!Reklam – Yazi

“Bu gün Ermənistanla Rusiyanın münasibətləri elə bir səviyyəyə çatıb ki, İrəvanla Moskva 102-ci hərbi bazanın Gümrüdən, aviabazanın Erebunidən, Rusiya FSB-sinin sərhəd xidmətinin isə sərhədlərdən çıxarılması məsələsini müzakirəyə çıxarıb”.

Yenicag.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Elxan Şıxəliyev deyib.

O, Kremlə yaxınlığı ilə bilinən politoloq Stanislav Tarasovun “Ermənistandan çıxarılan Rusiya hərbçiləri Azərbaycana yerləşdiriləcək” açıqlamasına münasibət bildirib.

Xatırladaq ki, son günlər İrəvan və Moskva arasındakı gərginlik Ermənistan hakimiyyətinin demarş edərək Minskdə keçirilən KTMT sammitinə getməməsi ilə daha da gərginləşib.

E. Şıxəliyevin fikrincə, Ermənistan rus ordusunu öz ərazisindən çıxarmaq istəyir:

“Lakin Rusiya tərəfi buna qarşıdır. Bununla bağlı informasiya cəbhəsində də müharibə başlayıb. Mənə elə gəlir ki, Ermənistan yaxın müddət ərzində bunu edə bilməyəcək. Çünki belə olan halda Ermənistanın təhlükəsizliyini mütləq üçüncü bir tərəf təmin etməlidir. Xüsusən də Ermənistanın təhlükəsizliyini bu günə qədər KTMT və Rusiya təmin edirdi. İndi isə Ermənistan KTMT-də olmasına baxmayaraq, oranı tərk etmək barədə də bir şey demir. Bu isə o deməkdir ki, Ermənistan Rusiyanın təhlükəsizlik çətiri altında qalmaq istəyir. Çünki Rusiya bölgədən çəkilsə, İrəvanın təhlükəsizliyini kimin təmin edəcəyi sual altındadır. Ermənistanda 200 nəfər Aİ mülki missiyasının üzvü olması bu ölkənin təhlükəsizliyinin təmin edilməsi anlamına gəlmir”.

Polkovnikə görə, Ermənistan bundan qorxur və çəkinir:

“Ona görə ki, Azərbaycanla sülh sazişi bağlanmayıb və bizimlə nə müharibə, nə də sülh vəziyyətindədir. Atəşkəsin pozulması nəticəsində isə hər an şərti sərhəddə münaqişə yarana, silahlar işə düşə bilər. Əgər Ermənistan Rusiyanın bu ərazilərdə olmamasını istəsə, növbəti mərhələdə Moskvanın özü də İrəvana qarşı cəbhə aça bilər. Onun üçün də Ermənistan bu məsələ ilə əlaqədar iki oynayır və düşünür ki, yaxın perspektivə qədər Rusiya regionda qalsın, amma silahlanmanı da davam etdirsinlər. Sonradan isə Aİ-nin mülki missiyasını hərbi missiyaya çevirə bilərlər ki, Rusiya öz qüvvələrini Ermənistandan çıxarsın”.

Hərbi ekspert əlavə edib ki, Rusiya hərbi qüvvələrinin 2044-cü ildən əvvəl Ermənistandan çıxarılması Kremlin İrəvanı cəzalandırma səbəbi kimi sayıla bilər:

“Ona görə də Ermənistan bununla bağlı yekun qərar verə bilmir. Çünki onlar müqavilələrin pozulmasının arxasında vəziyyəti necə idarə edə biləcəklərini bilmirlər. Əgər Ermənistan istədiyinə nail olsa və Qərbin təhriki ilə Rusiyanı bölgədən çıxara bilsə belə, 102-ci hərbi baza Azərbaycan ərazisində yerləşdirilə bilməz. Çünki bizim Rusiya hərbi bazalarının ölkəmizdə olmasına dair Moskva ilə heç bir anlaşma, öhdəlik və müqaviləmiz yoxdur. Bu barədə Kremlə yaxın politoloqlar müsahibələrində fərdi qaydada fikirlərini qeyd edə bilər, lakin biz bilməliyik ki, Azərbaycan tərəfi nə istəyir? Biz istəyirik ki, Rusiya sülhməramlılarının axırıncı əsgərinin ölkəmizdən çıxmasının tərəfdarıyıq.

Ona görə də Ermənistan yeni bir yol xəritəsinin axtarışındadır. Lakin hazırda bu barədə işartılar görünmür, çünki Rusiya hələlik dominantdır və Ermənistanın ərazisindədir. Məncə, biz yekun nəticəni tərəflərin münasibətlərinə aydınlıq gətirməsindən sonra görəcəyik”.

www.yenicag.az

238
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv