!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hər bayramda BAHALAŞMA “SÜRPRİZİ”: “Tələbatın çoxalması bazarda qiymət artımına...”

!Reklam – Yazi

“Azərbaycanda bayramqabağı qiymətlərin artırılması bir ənənə halına çevrilib”.

Bu fikirləri yeni il ərəfəsində ərzaq və digər məhsulların qiymətlərinin artırılmasına münasibət bildirən iqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, bayramqabağı bahalaşmanın əsas səbəbi məhsullara olan tələbatın artmasıdır:

“Yeni il ərəfəsində əksər məhsulların, xüsusilə də, ərzaq məhsullarının qiymətlərinin artacağı gözlənilir. Ən kasıb ailədən tutmuş ən imkanlı ailələrə qədər hər kəs yeni il süfrəsinə hazırlıq görür.

Bu hazırlıqlar çərçivəsində daha çox ərzaq məhsullarının alışı həyata keçirilir. Tələbatın çoxalması bazarda qiymətlərin artmasına gətirib çıxardır. Bu tendensiya yalnız yeni ildə deyil, bütün bayram ərəfələrində müşahidə edilir”.

Nuray Məmmədzadə

www.yenicag.az

209
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv