!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Hər bir gəncimiz Qərbi Zəngəzura sevgi ruhu ilə yetişdirilməlidir" - Aqil Ələsgər

!Reklam – Yazi

Qərbi Zəngəzur mövzusu bizim üçün olduqca əhəmiyyətlidir. Bunu gənclərimizə olduğu kimi çatdırmaq, beynəlxalq ictimaiyyətə tanıtmaq vacib məsələdir. Azərbaycan Prezidenti İlham Əliyevin bununla bağlı fikirləri bizim üçün əsasdır. Hesab edirik ki, hər bir gəncimiz Qarabağ ruhunda böyüdüyü kimi, həm də Qərbi Zəngəzura sevgi ruhu ilə yetişdirilməlidir.

Yenicag.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər bildirib.

Azərbaycan-Türkiyə münasibətlərindən danışan A.Ələsgər deyib: “Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamında da vurğulandığı kimi, Türkiyə ilə Azərbaycan arasında çox dərin bağlar var. Bunu gələcəyə daşımaq bizim ən böyük borcumuzdur və burada gənclərin qardaşlıq ruhunda yetişməsi də olduqca vacib məqamdır”.

www.yenicag.az

274
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv