!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Hər bir ölkə mediada nifrət çağırışlarını artması ilə bağlı konseptual iş görür" - Rəvan Həsənov

!Reklam – Yazi

“Ötən il ərzində media vasitəsilə radikal-ekstremist terror qruplaşmalarına qoşulanların sayı dünyada 40 min nəfər olub”.

Yenicag.az xəbr verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müzakirədə çıxışı zamanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənov deyib.

Rəvan Həsənov medianın daha çox nəzarətsiz olan tərəfinin sosial media olduğunu qeyd edib:

“Dinin siyasiləşməsinin daha çox getdiyi hissə də sosial, internet mediadır. Hər bir ölkə mediada nifrət çağırışlarını artması ilə bağlı konseptual iş görür.

Mənə elə gəlir ki, bu məsələni də gündəlikdə saxlamalıyıq. Ötən il ərzində media vasitəsilə radikal-ekstremist terror qruplaşmalarına qoşulanların sayı dünyada 40 min nəfər olub. Bu, kifayət qədər böyük rəqəmdir.

Ümumilikdə, Azərbaycanda tolerant, multikultural cəmiyyətin qorunması üçün, şükürlər olsun ki, cənab prezidentin siyasəti ilə, bəlkə də, bizim xaricdə vizit kartına çevrilmiş multikultural dəyərlərin qorunduğu ölkəyə çevrilmişik”.

www.yenicag.az

229
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv