!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hər gün 37 qadın ölür” - BMT

!Reklam – Yazi

Qəzza zolağında İsraillə HƏMAS qruplaşması arasında təxminən beş aya yaxın davam edən müharibədə 9 min qadın həlak olub.

Yenicag.az xəbər verir ki, bu barədə BMT-Qadınlar təşkilatı məlumat yayıb.

Qeyd olunur ki, 2024-cü il martın 1-nə Qəzza zolağında 9 minə yaxın qadın ölüb.

Təşkilat bu rəqəmin daha yüksək olduğunu irəli sürür, çünki mövcud məlumatlara görə, dağılmış binaların dağıntıları altında daha çox qadın ölüb.

“Hər gün 37-yə yaxın ana ölür, ailələri dağılır, uşaqları müdafiəsiz qalır”, – məlumatda deyilir.

Təşkilatın proqnozlarına görə, müharibənin hazırkı tempi qorunmaq şərti ilə hər gün orta hesabla 63 qadın Qəzzada gedən döyüşlərdən dünyasını dəyişəcək.

www.yenicag.az

177
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv