!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hər gün içdiyimiz ÇAYIN orqanizmə inanılmaz təsiri: Xeyirlidir, yoxsa...? – ARAŞDIRMA

!Reklam – Yazi

Aydın məsələdir ki, Azərbaycan milləti çayı ən çox sevən millətlərdən biridir. Yaz, yay demədən, 40 dərəcə isti havada çay içmək artıq adət halına gəlib.

Bəs çox çay içməyin hansı zərərləri var? Gün ərzində maksimum nə qədər çay içmək olar?

Yenicag.az çayın zərərlərini və həkim tövsiyələrini təqdim edir.

Çayın tərkibində tanin adlanan bitki olur. Taninin isə həddindən artıq istifadəsi dəmir azlığına gətirib çıxardır. Öncədən dəmir əskikliyi olan şəxslərdə, çox çay tükətmək problemi daha da qabardır.

Hər kəs elə düşünür ki, kofe daha zərərlidir. Əslində isə çay yarpaqları da kofein ehtiva edir. Çaydan çox istifadə etmək kofe kimi stres, əsəb və narahatlığa səbəb olur. Qeyd edək ki, qara çayların tərkibində digər çay növlərindən daha çox kofein var.

Özəlliklə, axşam saatlarında çay içmək yuxu sisteminə pis təsir edir. Belə ki, gec saatlarda içilən çay yuxu pozğunluğu və insomniaya (ümumiyyətlə yata bilməmək – red) səbəb ola bilər. Bəzi tədqiqatlar aşkar edib ki, yatmazdan minimum 6 saat əvvəl axırıncı çay içilməlidir.

Çayın tərkibindəki bəzi birləşmələr ürək bulanmasına səbəb olur. Əsasən də səhər ac qarına çay içmək olmaz. Bu mədə ağrısı, baş gicəllənməsi və s. problemlər yarada bilər.

Eyni zamanda hamilə qadınlar üçün çox çay içmək daha zərərlidir. Belə ki, bir hamilə qadın gündə 2-3 stəkandan artıq çay içsə, baş ağrıları, ağır hamiləlik, ginekoloji problemlər kimi sağlamlıq simptomları ilə üzləşə bilər.

Kofe necə asılılıq yaradırsa, çay da elədir. Bəzi insanlar var ki, gün ərzində 15-20 stəkan çay içir. Bu artıq çaydan asılı hala düşməkdir.

Dünya alimləri bildirib ki, gün ərzində maksimum 5 stəkan çay içmək daha məqsədə uyğundur.

Şahanə Paşa

www.yenicag.az

440
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv