!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hər gün yediyimiz ZƏHƏR: “İnsanları ağır xəstəliklərə düçar edir” - EKSPERTDƏN SOS SİQNALI - FOTO

!Reklam – Yazi

“Bu sahənin biznes adamları çörəyin uzun müddət yumşaq qalması üçün ona kimyasal maddələr vururlar. Bu da ağır xəstəliklərə gətirib çıxarır”.

Bunu Yenicag.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Ekspert uzun müddət yumşaq qalması üçün kimyəvi maddələr vurulan çörəklərin insan orqanizminə vurduğu zərərlə bağlı xəbərdarlıq edib. Çörək alarkən insanları diqqətli olmağa səsləyib:

“Bütün növ çörəklərin saxlanma müddəti orta hesabla 72 saatdır. Həm tez, həm də gec xarab olan çörəklər ziyanlıdır. Tez xarab olan çörəyin içərisində yapışqan əmələ gəlir. Bu da göbələk xəstəliyinin əlamətidir. Belə çörək istehlak edən insan ciddi mədə-bağırsaq xəstəliyinə yaxalanır. Gec xarab olan çörək isə kimyalaşdığı üçün narahat edir. Təəssüflər olsun ki, bazarda hər iki hala tez-tez rast gəlinir. Azərbaycan xalqı dünyada ən çox çörək istehlak edən xalqdır. Çörəyə münasibətdə ciddi yanlışlıq isti çörəkdən istifadə olunmasıdır. Bundan istifadə edən biznes adamları çörəyin uzun müddət yumşaq qalması üçün ona kimyasal maddələr vururlar. Biz bu məsələ ilə bağlı dəfələrlə xəbərdarlıq etmişik.

Qida Təhlükəsizliyi Agentliyi qidanın təhlükəsizliyini təmin edir. Biz onlara çağırış edib deyirik ki, keyfiyyət məsələsini öz üzərinə götürsün. Təsəsüflər olsun ki, Standartlaşdırma İsntitutu da bu məsələ ilə məşğul olmur.

Qida təhlükəsiz, amma keyfiyyətsiz ola bilər. Təhlükəli qida insanı bir anda öldürür, keyfiyyətsiz qida isə tədricən ağır xəstəliklərə düçar edir. Buna görə də insanlar çörək alanda diqqətli olsunlar. Saxlanma müddətinə baxsınlar, isti çörək yeməsinlər”.

Cəvahir

www.yenicag.az

626
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv