!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hər iki ölkə düşmənçiliyin, “soyuq qarşıdurma”nın onlara fayda vermədiyini gördü və ...” – ŞƏRH

!Reklam – Yazi

“Rusiya Cənubi Qafqazda sabitliyin yaranmasına imkan vermədiyi kimi, eyni qaydada Yaxın Şərqi də çalxalayan dövlətlər var”.

Bu fikirləri Səudiyyə Ərəbistanı ilə İran arasında başlanan normallaşma prosesinin mümkün gedişatını və nəticəsini dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, həm Ər-Riyad, həm də Tehran münasibətlərdə uzun müddət davam etmiş gərginliyin faydasızlığını görüb:

“Təbii ki, Səudiyyə Ərəbistanı ilə İran bu prosesə başlamağa razılıq veriblərsə, onu məntiqi sonluğa çatdırmağa çalışacaqlar. Yəni müsbət nəticənin əldə olunması, qarşıdurmadan əməkdaşlığa keçmək tərəflərin özündən asılıdır. Bu çərçivədə qarşılıqlı səfərlərin təşkili də prosesə təkan verə bilər.

Digər tərəfdən, regionun bu iki vacib, neft gəlirləri yüksək olan ölkəsi arasında qarşıdurmanın qalmasında maraqlı olan, təhrikçi addımlar atan məlum dövlətlər də var. Rusiya Cənubi Qafqazda sabitliyin yaranmasına imkan vermədiyi kimi, eyni qaydada Yaxın Şərqi də çalxalayan ölkələr mövcuddur.

Ancaq həm Səudiyyə Ərəbistanı, həm də İran düşmənçiliyin, “soyuq qarşıdurma”nın onlara fayda vermədiyini gördü və normallaşma prosesini başlatdılar. Dediyim kimi, dayanıqlı sülhdə maraqlıdırlarsa, işi sona çatdıracaqlar”.

A.Zeynalov

www.yenicag.az

510
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv