!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hər iki qonşumuzun rəhbərləri unutmamalıdırlar ki..” - Elməddin Behbud yazır

!Reklam – Yazi

Ermənistan prezidenti Armen Sərkisyan Gürcüstan səfəri zamanı Salome Zurabaşvili ilə də görüşüb. Sarkisyan fəxri qonaqlar kitabına “ürək” sözlərini yazıb və Ağrı dağının rəsmini çəkib.

Gürcüstan prezidenti də Azərbaycan əsgərinin səsindən psixoloji sarsıntı keçirən bu Hindistan “qaçqınının” cızma-qarasını sosial şəbəkə hesablarında paylaşıb. Yəni özü separatizmdən əziyyət çəkən, ərazisinin 15 min kvadrat kilometrə yaxın hissəsi işğalda saxlanılan, Samsxe-Cavaxetya quberniyası növbəti münaqişə ocağına “hamilə” olan dövlətin rəhbəri ermənilərin Türkiyəyə ərazi iddiası irəli sürməsinə dəstəyini ifadə edib.

Zurabaşvili bu paylaşımında görün nə yazır:

“Səfərin nəticələri gələcək nəsillərimizin xeyrinə erməni və gürcü xalqı arasında yaxın, mehriban münasibətləri gücləndirəcək”.

Əgər səfər müharibədən yenicə çıxmış, dərin sosial, iqtisadi və siyasi böhran keçirən Ermənistanın Türkiyə kimi böyük dövlətə ərazi iddiasını təkrarlamaqla yekunlaşırsa şübhəsiz ki, bu siyasət nəinki gürcülərə, heç ermənilərin özlərinə də xeyirli və xoşbəxt gələcək vəd etmir. Həm də ona görə ki, mehribanlıq sözü burada çox ironik görünür. Çünki Qafqazın son iki yüzillik tarixi göstərir ki, ermənin mehriban ola biləcəyi yeganə xalq yalnız erməni ola bilər…

Gürcüstan ictimaiyyətinin bir çox hallarda öz milli məsələlərinə münasibətdə də “fransız” qalmaqda suçladığı bu Fransa gürcüsü demək, həm də, ölkəsi ilə ən böyük sərhəddi olan qonşuları barədə düşüncəsini nə qədər gizlətməyə çalışsa da “infüserlik” fəaliyyəti göstərərək şüuraltı yaddaşındakı türk düşmənçiliyini büruzə verməli olub.

Etiraf edək ki, Gürcüstanda vaxtaşırı olaraq belə “maraqlı” hadisələri izləməli oluruq. Məsələn aprelin 14-də Tbilisinin “Azadlıq” meydanında “Gürcüstanın erməni icması” adlı təşkilat qondarma “erməni soyqırımı”na həsr olunmuş sərgi keçirilib, sərgidə “erməni soyqırımına, Bakı və Sumqayıtdakı “talanlara”, “Arsak” və Naxçıvanda “Azərbaycan vandalizminin qurban olmuş erməni mədəniyyəti abidələrinə aid fotolar nümayiş etdirilib”. (armenpress.am)

Hər bir azərbaycanlı, eləcə də “Baqramyan” batalyonunun erməni-gürcü “qardaşlığına” verdiyi töhfələrdən nəsibini alan gürcülər haqlı olaraq Gürcüstan hakimiyyətinə sual verə bilər ki, nə üçün erməni xəstəliyi infeksiyasının miqyasının genişlənməsinə, ekstremistlərin Azərbaycan və Türkiyəyə qarşı böhtan və yalan kampaniyası aparmasına, regionun ən çoxsaylı xalqına qarşı düşmənçiliyin və nifrətin təbliğ edilməsinə şərait yaradılır? Görünür hələlik ya bu sualı uca səslə “Gürcü arzusu”na verən tapılmır, ya da gürcü iqtidarının bu sualı cavablandırmaq arzusu yoxdur…

Faktlardan isə qaçmaq mümkün deyil. 1990-cı illərin ağır sosial-iqtisadi böhran dövrlərində də, 2008-ci ilin avqust ayında Rusiyanın işğalına altına düşəndə də Gürcüstana davamlı və həlledici yardımı böyük risklərə baxmayaraq məhz Azərbaycan göstərib. Gürcüstana yatırılan investisiyaların həcminə görə Azərbaycan 2012-ci ildən etibarən 1-ci yerdədir. Azərbaycanın faktiki olaraq Gürcüstanın enerji təhlükəsizliyinin qarantıdır. Gürcüstan eyni zamanda tranzit ölkə kimi Azərbaycanın enerji daşıyıcılarının daşınmasından yüz milyonlarla vəsait əldə edir. 90-cı illərdə Gürcüstan ağır iqtisadi böhran keçirdiyi vaxtlarda vətəndaşların zəruri ərzaq məhsulları ilə təminatında Türkiyə də mühüm rol oynayıb. Türkiyənin çay tarlalarında, fındıq bağlarında hər il on minlərlə gürcü çalışaraq ölkəsinə pul göndərir, yaşayışını təmin edir.
Bütün bunların qarşılığında Gürcüstanın göstərdiyi münasibət, davranış isə bəzi hallarda təəssüflər olsun ki, “türkofobiya”dan uzağa getmir…

Əslində təsviqi incəsənətə zövqsüz və qaba münasibət göstərən hər iki qonşumuzun rəhbərləri unutmamalıdırlar ki, ən güclü “əsəri” Azərbaycan qardaş Türkiyə ilə birlikdə cəmi bir neçə ay öncə Qarabağda çəkib. Əgər bu zəfər kimlərinsə ürəyinə dağ çəkibsə günahı bizdə yox, özlərində axtarsınlar…

www.yenicag.az

585
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv