!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hər il 1,3 milyon insan siqaret tüstüsündən ölür

!Reklam – Yazi

Dünyada hər il təqribən 1,3 milyon insan tüstüdən inhalyasiya nəticəsində ölür.

Yenicag.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal tütün epidemiyası ilə bağlı 2023-cü il hesabatında deyilir.

“Hər il təxminən 1,3 milyon insan ikinci əl tüstüsünün (siqaret çəkənin buraxdığı və eyni zamanda siqaretdən çıxan tüstü) təsirindən ölür. Bu ölümlərin hamısının qarşısı alına bilər”, – deyə hesabat müəllifləri qeyd ediblər.

Onlar xatırladıblar ki, passiv siqaret “ürək-damar, tənəffüs, onkoloji xəstəliklər, insult və 2-ci tip diabetdən ölüm riski yaradır”. ÜST-nin məlumatına görə, gəlir səviyyəsindən asılı olmayaraq bütün ölkələr “ölümcül tütün məhsullarına tələbatı azaltmaq imkanına malikdir”.

2,3 milyard insanın yaşadığı dünyanın 44 ölkəsində ÜST-nin tövsiyə etdiyi MPOWER adlanan altı tütün əleyhinə tədbirdən heç biri qəbul edilməyib. 15 il əvvəl hazırlanmış bu tövsiyələr toplusuna tütündən istifadənin monitorinqi, insanların tütün tüstüsündən qorunması, siqaretin dayandırılmasına köməklik göstərilməsi, tütünün təhlükələri barədə xəbərdarlıq, tütün reklamına qoyulan qadağaların tətbiqi və ona görə vergilərin artırılması daxildir. ÜST ölkələri “tüstüsüz ətraf mühit üçün qanunların qəbulunu sürətləndirməyə” çağırıb.

www.yenicag.az

214
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv