!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hər il 5 milyon insan tənbəllikdən ölür

!Reklam – Yazi

Nə qədər qəribə səslənsə də, dünyada hər il 5 milyondan çox insan tənbəllikdən ölür.

Yenicag.az xəbər verir ki, mütəxəssislər gənc və orta yaşlı insanlara həftədə ən az 75-150 dəqiqə məşq etmələrini tövsiyə edir. Çünki hərəkətsiz qalmaq ölümün ən vacib səbəblərindən biridir.

Hətta bəzi mütəxəssislər hesab edir ki, ölüm riskinə görə tənbəllik siqaret ilə eyni dərəcədə təhlükəlidir. Romada Avropa Kardiologiya Cəmiyyətinin (ESC) konqresində təqdim olunan hesabata görə, oturaq həyat tərzinin yaratdığı ürək-damar xəstəlikləri səbəbindən hər il 5 milyondan çox insan həyatını itirir. Bu həm də təkcə Avropada sağlamlıq xərclərinin 80 milyard avrodan çox olmasına gətirib çıxarır.

39 min insan üzərində aparılan araşdırmanın nəticələrinə görə, idman və fiziki aktivlik yaş və cinsiyyət faktoru da daxil olmaqla ürək-damar xəstəliklərində ölüm riskini daha da yüksəldir. Norveçli tədqiqatçı Dr. Javaid Nauman qeyd edir ki, davamlı məşq etməyin sağlamlığa necə xeyri olduğunu onsuz da bilirik. Lakin insanlar ürək-damar xəstəliklərini və ölüm riskini azaltmaq üçün nə qədər məşq etməli olduqlarının fərqində deyillər./Medicina/

www.yenicag.az

5525
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv