!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hər il insanları təşvişə salan DƏNİZ FACİƏLƏRİ: "Bunlara riayət edilsə..." - AÇIQLAMA

!Reklam – Yazi

Yay aylarında hər kəsin qorxulu kabusuna çevrilən məsələlərdən biri də dəniz faciələridir. Belə ki, hər yay dənizdə boğulan, hələ də meyidi tapılmayan insanlar olur.

Bu cür hadisələrin qarşısını necə almaq olar? Hansı təhlükəsizlik qaydalarına əməl etmək lazımdır?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza bildirib ki, hər bir şəxs özünü və ətrafını qorumalıdır:

“Çimərlik kimi müəyyən olunmuş ərazilərdə çimmək, işarə qoyulmuş yerə qədər üzmək lazımdır. Bu, hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir.

İkincisi isə, çimərliklərdə xilasedicilər olmalıdır. Bu məsuliyyət dövlətin üzərinə düşür. Dərinlik məsafələri müəyyən edilməlidir.

Belə hallardan tamamilə qaçmaq mümkün deyil. Amma qaydalara nəzarət edilsə, minimuma endirmək olar”.

Şahanə Paşa

www.yenicag.az

197
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv