Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Hər keçən gün erməni diasporası Türkiyədə güclənir” – Özəl – I Hissə

10751961_10204283442678970_138765249_n

Murad İde: “Osmanlıya xəyanəti edən ermənilər kürd vətəndaşlarımızı qətl etdilər və onlardan cavablarını aldılar”

Murad İde. Türkiyənin “Bengitürk” Telekanalının rəhbəri, Azərbaycan dostu bir jurnalist. Qarabağ davasını mərd-mərdanə müdafiəsi ilə tanıdıq onu. Azərbaycan bayrağına uzanan əlləri məhkəməyə düşsə belə ağır qınaması ilə gördük onu. Erməni yalanına qarşı sərt mövqeyi ilə seçilən Murad bəylə söhbətimizə də bu mövzudan başladıq. Beləliklə, Murad İde Yenicag.az-ın suallarını cavablandırır.

10751569_10204283442438964_881853156_n – Murad bəy, söhbətimizə erməni məsələsi ilə başlamaq istərdim. Sizin də bu həftə mövzu ilə əlaqədar çox maraqlı yazınız var idi. Qarşıdan 2015-ci il gəlir və artıq ermənilər basdırılmış qılınclarını çıxarmağa başladılar. Hər tərəfdən hücuma keçməyə başladılar. Türkiyə nə düşünür bu məsələ ilə bağlı?

– Çox təəssüf ki, xüsusilə son 7-8 il ərzində erməni lobbisi və erməni jurnalistləri Türkiyədə çox rahat bir şəkildə fəaliyyət göstərirlər və istədiklərini əldə edirlər. 2015-ci ilə gəlincə, əlbəttə ki, dünyanın hər yerində bunu yaxşı dəyərləndirəcəklər. Atılan addımlar da göstərir ki, , bunun üçün əvvəlcədən hazırlaşıblar. Artıq indidən bəllidir ki, ermənilər gələn il soyqırım yalanı ilə Avropada, Amerikada və dünyanın hər yerində bu yalan üzərindən hücuma keçəcəklər. İndidən bunun zəminini hazırlamağa başlayıblar. 2015-ci ilə baxdıqda beynəlxalq platformalardakı bir çox  toplandıların, soyqırım yalanı üzrə  hazırlayacağları gözlənilir. Yanvar ayında başlanacaq kampaniya aprel ayında özünün kulminasiya nöqtəsinə çatacaq və bir il boyunca davam edəcək. Burada iki hədəf var: Türkiyə və Azərbaycan. Türkiyə soyqırım yalanını uydurduqları üçün önəmlidir, Azərbaycan isə 1990-cı illərdə, hələ ondan öncədə soyqrıma imza atdıqları üçün.

Bu baxımdan 2015-ci ildə erməni lobbisinin qarşısında dura biləcək 2 güc olduğunu da deyə bilərik: Türkiyə və Azərbaycan. Bu nöqtədə Azərbaycanın sağlam durduğunu görə bilirəm. Amma əfsuslar olsun ki, Türkiyənin bu mövzuda əvvəlki duruşu sərgilədiyini demək olmur. Doğrudur, bəzən Prezident Ərdoğan ermənilərin əleyhinə çıxış edir, sərhədlərin açılmayacağından danışır, lakin hər keçən gün də erməni diasporası Türkiyədə güclənir. Xüsusilə, son  zamanlarda Türkiyədə erməni diasporası və ermənilərin heyranı olan jurnalist topluluğu meydana gəlməyə başladı. Bunlar hardan gəldilər, necə yetişdilər, bilmirəm amma 5-6 ildir ki, tez-tez Yerevana gedib-gələnlər,  Qarabağa gedib “bura erməni torpağıdır” deyənlərin səsi daha çox çıxmağa başladı.

Bu gün Aris Nalçının Qarabağ səfərindən və yazısından danışırıq. Ancaq 2006-2007-cı illərdə bir qrup jurnalisti İrəvana, Qarabağa apararaq, bu əməliyyatı başladılar. Yəni, yavaş-yavaş bu səfərləri cəmiyyətin normal görməsi üçün çalışdılar.

Bayaq dediyim kimi, Azərbaycanın bu mövzuda açıq, dəqiq və sağlam duruşu var. İnşallah türk höküməti və türk dövləti də bu mövzuda zamanında ayılar.

– Ermənilər Türkiyədə 2015-ci ildə yayımlanacaq bir neçə film hazırlayıblar. Mədəniyyət Nazirliyinin icazəsiylə hazırlanan bu filmlərdə necə soyqırım yalanı təbliğ oluna bilir? Bu necə bir demokratiyadır?

-Bizdə bu demokratiya məsələsini Türkiyədə sənin kimi gülərək soruşuruq, əslində ağlamalı olsa da. Təəssüf ki, ermənilər, Mədəniyyət Nazirliyinin nəzdindəki fonddan sənədli filmlər üçün  faydalanırlar. Bizim araşdırmamıza görə, bunları erməni müsiqisi, əl sənətləri adı altında gizləyərək edirlər. Əgər mən bunun niyyətini sadə bir vətəndaş olaraq başa düşürəmsə, dövlət başa düşmürsə, acınacaqlı haldır. Çox maraqlıdır ki, ermənipərəst jurnalistlər həmişə iqtidarın bəslədiyi jurnalistlər oldu, həmişə iqtidarın yanında durdular. Həm iqtidarı dəstəklədilər, həm də bu mövzuda gedib erməniçilik etdilər. Həmçinin Azərbaycan əleyhinə zaman-zaman çıxış edənlər də bunlar oldu. Məsələn, Taha Akyol. Azərbaycana barmaq silkələyib, “Azərbaycanın bu mövzudaki rəftarı artıq yetər” yazaraq, erməni açılımını dəstəklədi. Və ya  iqtidar yazarlarından Nagehan Alçı və həyat yoldaşı Rasim Ozan Kütahyalı eyni şəkildə həm erməniçi oldular, həm də Azərbaycanı tənqid etdilər.10806933_10204283442478965_1310335014_n

– Yəni, erməniçilik artıq bir moda oldu?

– Gözümlə gördüyüm bir şey deyil, amma bildiyim bir şey var, erməni diasporası Türkiyədə çox sıx işləyir. Niyə? Çünki Türkiyə bunların hücumlarına qarşı bir qaladır. Bu qalanı içəridən hücuma keçərək fəth etmək üçün işləyirlər.

Doğrudur, erməniçilik bir moda oldu. Amma bunu da pulunu verərək edirlər. Yəni necə edirlər, gedib jurnalistin cibinə pul basıb yazdırmırlar, sadəcə ona elə bir iş imkanları yaradırlar ki, o, da qeyd-şərtsiz onların tapşırığını yerinə yetirir. 2 sözü bir araya gətirə bilməyən adamlara minlərlə dollar verib, televiziyalarda proqram hazırladırlar. Təbii ki, bunlar da sahiblərinə görə hürürlər, bu iş belə gedir. Bunlar jurnalistlik etmirlər, bunlar sahiblərinə yarınsınlar deyə, hürən itlərdir.

Bəli, mən təhqir etdiyimi bilirəm, ancaq onlar buna layiqdirlər. Məsələn, mən Bursada Azərbaycan bayrağı zibil qutusuna atıldığı gün, açıqca çıxıb televiziyada, o şəhərin hüquq-mühafizə orqanlarını təhqir etdim. Sonra məhkəmə oldu, o məhkəmədə, hakim məndən soruşdu, “Sizin sözlərinizin təhqir olduğunu bilirsinizmi?” Təhqir məqsədiylə demədiymi, amma təhqir olduğunu bildiyimi söylədikdə, “Təhqir cinayətdir” dedi. “Bayrağa qorumaq cinayətsə mən o cinayəti işləməyə hər zaman hazıram” cavabımı eşidib, iddianı rədd etdi. Bəli, Türkiyədə bayrağı zibil qutusuna atan polisin olduğu kimi, Türkiyədə o hərəkətin nə qədər böyük əxlaqsızlıq olduğunu bilən hakimlər də var. Lakin bu da həqiqətdir ki, PKK kürdçülüyü və erməniçilik birlikdə moda oldular. Baxıb görürsən ki, ermənilərin susduğu yerdə onların əvəzinə PKK kürdçüləri danışır, həmin siyasi kürdçülərin yerinə isə erməniçilər danışır. Türkiyədə erməniçiliklə, PKK kürdçüləri həmişə yan-yana hərəkər etdilər və bu yolda da davam edirlər.

– Baydemirin son Ermənistan səfəri, ardınca Aris Nalçının yazısı və son olanlar bir daha “ASALA  və PKK”-nın 2015 üçün yenidən birləşdiklərinimi göstərir?

– Mən bunu sizdən öyrəndim, gedib bu mövzunu araşdıracam, Osman Baydemir İrəvana gedir və Aris Nalçı ardınca bunları yazırsa, burada həqiqətən Qarabağ və Kobani ilə bağlı bir planlarının olduğundan xəbər verir. Kobani artıq bütün dünyada bir dram yaşanan yer kimi təqdim olunur və erməni diasporası da fürsətdən istifadə etmək istəyir. Mən öz yazımda da soruşdum. Aris Nalçi kimin dərdlərinə ortaq olub?! Ordaki ermənilərin. Bəs onlar kimdir? Işğalçılar! İşğalçının nə dərdi olar bilər? Onlar gəlib işğal edib, sən işğal olunan torpaqların sahiblərinin dərdlərinə ortaq ol. Onlar qovulub torpaqlarından, vicdanın varsa, onlardan soruş torpaq və vətən acısını?! Türkiyəyə qayıtdığımda ziyarətimə gələcəklər və Xocalıda nələr olduğunu, Qarabağdakı zülmü onlara anladacağam. Siz türkün torpağına yerləşmisiz və dağdan gəlib bağdakını qovduğunuz yetmirmiş kimi, özünüzü məzlum kimi göstərirsiniz. Bu gün ermənilər Türkiyədə tam anlamı ilə Göbbelsin təbliğat taktikalarını həyata keçirirlər. Elə ona görə də Türkiyədə bu erməniçilər və erməni ağzı ilə danışan jurnalistlər adam oldular və adam yerinə qoyulmağa başladılar.

10807905_10204283442078955_1742560834_n

– Türkiyə soyqrım ilə üzləşməlidir. Bunu deyən şəxs hazırda, baş məsləhətçi oldu. Etyen Mahçupyan…

– Siz ona Mahçupyan deyirsiniz, mən isə ət yeyən, mahçup olmayan (xəcalət çəkməyən) adam deyirəm.

– Ət yeyən?

– Bəli! İnsan əti yeyən, xəcalət çəkməyən adam deyirəm ona və onun kimilərə. Bu məmləkətin çörəyini yeyib, sonra “Türkiyə soyqrım ilə üzləşməli” deyən adamdır. Soyqrım demək, bir xalqı birdəfəlik məhv etmək deməkdir. Əgər bu qədər nəsil qırmışıqsa, onlara siz hansı nəsildən gəlmisiniz? Yusuf Halacoğlu çox qiymətli bir alimdir. Yusuf hoca bunlara deyir ki, “Milyon yarım erməni qırıldı deyirsiniz. Mən onların üç yüz mininin burada, iki yüz mininin burada, dörd yüz mininin isə filan yerdə olduğunu sizə sübut etməyə hazıram”. Ancaq onlar bu faktlardan qaçırlar. Bu gün Kobaniyə kürd torpağı deyilir. Ancaq əhalisinin üçdə biri ermənidir. Hansı ki, 1915-ci il təhcir qanunu ilə o zamankı Osmanlı torpağı olan həmin ərazilərə köçürülüblər. Ət yeyən Mahçup olmayan adamın cəsarəti varsa, bu gerçəkliklərlə üzləşməlidir, daha dövləti saxta soyqırım yalanını qəbul etməyə çağırmamalıdır. Eyni zamanda Fatih Akin deyə bir rejissor bu barədə film çəkirmiş. O da digərləri kimi erməni diasporası tərəfindən maliyyələşdirilir.

– Həmçinin Aris Nalçıyla bir fotosu da yayımlanıb…

– Bəli. Aris Nalçı onunla bir reportaj hazırlamışdır. Filmdə bir dramdan bəhs olunur. Guya bir ailə o illərdə Anadoludan sürgün olunub, min bir əziyyət çəkib. Ancaq həmin ailənin sonrakı taleyindən bəhs etmir. Mən deyim. O ailə hazırda Amerikaının çox güclü neft şirkətlərindən birinin sahibidir. Barı biz də elə əziyyət çəkək ki, nəvələrim petrol şirkəti sahibi olsunlar. Bu necə bir əziyyətdir ki, Amerikada neft milyoneri olublar. Madam, Etyen üzləşməyimizi istəyir, üzləşək. Amma belə üzləşək. Bütün həqiqətləri ortaya qoyaraq, üzləşək. Türkiyə dövləti özünün kürd vətəndaşını qorumaq üçün bu günə kimi danışmadı. Anadoluda baş verən bir savaş var idi. Bu savaşda Osmanlıya xəyanəti ermənilər etdi. Və o torpaqlarda əslində bu xəyanəti edən ermənilər kürd vətəndaşlarımızı qətl etdilər və cavablarını aldılar.  Hə, dedikləri kimi bir soyqırım, böyük fəlakət yoxdur ortada. Ancaq savaş var və savaşda kimsə düşməninə gül uzatmaz. Oradakı savaşda da ermənilər kürdləri, kürdlər də erməniləri öldürdülər. Kürd vətəndaşlarımız əslində erməni daşnak komitəçilərindən evlərini qorudular və onlara cavab verdilər. Türk dövləti də illərlə öz kürd vətəndaşını qorumaq adına bu barədə heç danışmadı, artıq danışmaq zamanı gəldi. Çünki o gün kürdlər haqlı idilər. Lakin bu gün PKK-lı kürdlər ermənilərlə birləşib, “türklər bizə qarşı soyqırım etdi” deyirlər. Bu səbəbdən də, tarixi arxivlər açılmalıdır ki, xalq həqiqəti öyrənsin.

– Çox maraqlı məqama toxundunuz. Çünki ermənilərin bir sözü var: türklərin bizə torpaq, kürdlərin isə can borcu var…

– Bəli. Artıq Türkiyənin də bunu deyəcək cəsarətinin olması lazımdır. Kürd əsilli vətəndaşlarına görə, Türkiyə bunu dilə gətirə bilmir, ancaq əzi platformalarda bu dilə gətirilməlidir. Nəticədə iddianın başı yalansa, bundan sonra deyəcəyin hər söz yalan olar. Bunların hər sözünün bundan sonrası yalan. Bir daha deyirəm ki, biz üzləşməkdən çəkinmirik. Gəlin, tarix arxivlərini açaq və alimlərin dəstəyi ilə bu məsələni həll edək. Heç kim buna razı deyil. Nə Rusiya, nə Fransa, nə Amerika, nə İngiltərə, nə də Ermənistan. Halacoğlu o zaman gözəl dedi ki, “Baxın, biz bütün arxivimizi açdıq. Gəlin sizdə açın arxivinizi oturub danışaq. Yüz min erməni öldürüldü deyirsiniz, araşdırarkən öldürüldüyünü iddia etdiyiniz ermənilər Suriyadan çıxır. Üç yüz min erməni öldürüldü deyirsiz, araşdırarkən Suriya üzərindən Fransaya getdikləri bəlli olur. Gəlin bunları müzakirə edək”. Heç biri bu gerçəklərlə üzləşmək istəmir Çünki onların üzləşmək kimi dərdləri yoxdur.

– Tarixə diqqətlə baxsaq. Həmin dövrdə ermənilərlə bağlı xeyli sayda türk məhkəmələri olub. Yəni, təhcir zamanı Osmanlı sürgün edilən erməniləri nəinki öldürüb, tam əksinə buna cəhd edənləri belə cəzalandırıb. Və bu günə kimi ermənilər hər halda bir dənə də olsun toplu məzar ortaya qoya bilməyiblər.

– Çox düz deyirsiniz. Toplu məzar məsələsində həmişə erməni və PKK iddialı olsalar da, bu günə kimi bir toplu məzar belə ortaya qoya bilməyiblər. Məsələn, 2-3 il əvvəl deyildi ki, toplu məzar tapıblar. dıq. İçindən inək sümüyü çıxdı. Vandan bir xəbər gəldi ki, burda PKK-lıları toplayıb toplu öldürmüşlər, Harada? Baxıldı, quzu sümüyü çıxdı, digər tərəfə baxıldı, fosillər çıxdı. Allahdan bu qazıntıların bir xeyri oldu ki, xeyli sayda tarixi əsərlər tapıldı. Ancaq bir dənə insan sümüyü belə çıxmadı. Bircə dənə toplu məzar belə göstərə bilmədilər. Toplu məzarlardan çıxan cəsədlər bizim insanlarımıza aiddir. Ərzurumda var, Qarsda var, Qubada var. Hələ işğal altında olan torpaqlarda nələr var, onları bilmirik. Yəni hər yerdən türkün müqəddəs bədəni fışqırır. Mənim bildiyimə görə, soyqırım öldürərək olur, ölərək deyil. Biz ölmüşük, biz öldürülmüşük, amma soyqırım edən də bizik? Əgər Türk milləti soyqırım edibsə, deməli öz-özünü qırıb. Çünki ortada yalnız bizim məzarlarımız var. Ya da soyqırım namussuzların yalanıdır.

Ardı var…

Söhbətləşdi: Aqil ƏLƏSGƏR

Qələmə aldı: Pərviz Almaszadə

Loading...

www.yenicag.az

652