!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hər keçən gün reallaşma zərurəti artan ANTİTERROR əməliyyatı: "Rəsmi Bakı buna məcburdur"

!Reklam – Yazi

“Azərbaycan dövləti tələblərinin yerinə yetirilmədiyini gördükdə hərbi əməliyyatlar kartından istifadə edə bilər və bu onun haqqıdır”.

Bu sözləri Azərbaycan-Ermənistan şərti sərhədində atəşkəsin intensiv pozulması və Qarabağda antiterror əməliyyatlarının keçirilmə ehtimalını dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, Azərbaycan Qarabağda antiterror əməliyyatları keçirə bilər:

“ABŞ-dəki görüşün ardından Brüsseldəki görüşdə Şarl Mişelin çıxışından belə aydın oldu ki, müəyyən razılaşma əldə olunub. Razılaşma ondan ibarətdir ki, tərəflər bir-birinin ərazisini tanıyıblar. Buna baxmayaraq, revanşist qüvvələr heç cür sülhü qəbul etmirlər, etmək fikirləri də yoxdur. Ermənistan ərazisində Rusiyanın hərbi bazası yerləşir. Azərbaycan ərazisində isə sülhməramlı adı altına rus ordusu mövcuddur. Onlar sülhün bərqərar olmasının əleyhinədir. Sülh əldə olunduqdan sonra Azərbaycan ərazisində rus ordusununn nə işi olacaq?!

Son günlər təxribatların sayı artıb. Əsasən, şərti sərhəddə. Azərbaycan ordusu təxribat törədən qarşı tərəfin atəş nöqtələrini susdurur. Bundan əlavə, Rusiyanın imhisarında olan Ruben Vardanyan da son günlər separatçı çıxışlar edir. Qarabağdakı ermənilərin sülh şəratində yaşamasına imkan vermirlər. Hələ də qeyri-qanuni silahlılar Qarabağdadır. Ruslar tərəfindən onların çıxarılması yönündə addım atılmır. Azərbaycan tərəfi dəfələrlə üçtərəfli bəyanatın 4-cü bəndinə əməl edilməsi barədə tələblər səsləndirib. Ancaq məsələ olduğu kimi qalmaqdadır. Ruslar Cənubi Qafqazda gərginliyin artmasında maraqlıdırlar.

Azərbaycan dövləti tələblərinin yerinə yetirilmədiyini gördükdə hərbi əməliyyatlar kartından istifadə edə bilər. Adına antiterror və yaxud xüsusi əməliyyat da deyə bilərik, əsas məsələ ondadır ki, Azərbaycan öz hakimiyyətini Qarabağda da bərqərar etmək üçün hərbi gücə əl ata bilər. Suverenliyin bərpası üçün rəsmi Bakı buna məcburdur. Hesab edirəm ki, belə bir məsələ gündəmə gələ bilər”.

Səxavət Məmməd

www.yenicag.az

659
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv