!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hər kəs Azərbaycan-Türkiyə qardaşlığının sözdə yox, əməldə olduğunu gördü - Ceyhun Bayramov

!Reklam – Yazi

Hər kəs Azərbaycan-Türkiyə qardaşlığının sözdə yox, əməldə olduğunu gördü.

Yenicag.az xəbər verir ki, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlaması zamanı deyib.

Nazir qeyd edib ki, qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ və onun ağrılı nəticələri hər birimizi sarsıdıb.

“Elə bir şəxs yoxdur ki, bu faciəni öz faciəsi kimi qəbul etməsin. İlk saatlardan etibarən Azərbaycan Türkiyənin yanında olduğunu bildirdi və xilasedicilər Türkiyəyə yola salındı. Azərbaycan bütün imkanları ilə çalışdı ki, bu məsələ ən qısa zamanda həllini tapsın. Zəlzələdən sonra o bölgələrə getdim. Zəlzələnin nəticələrini görmək çox ağırdır. Bütün bu faciəyə baxmayaraq, həmin insanların nə qədər güclü və sağlam mənəviyyata sahib olduqlarının şahidi olduq”, – nazir əlavə edib.

www.yenicag.az

246
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv