!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hər kəs bu virusdan danışır: Azərbaycan üçün TƏHLÜKƏ GÖZLƏNİLİRMİ? – AÇIQLAMA

!Reklam – Yazi

Ümumdünya Səhiyyə təşkilatı (ÜST) xəbərdarlıq edir ki, dünya əhalisinin yarıdan çoxu Denq virusuna yoluxa bilər.
Ağcaqanadların sancmasıyla insan orqanizminə keçən bu virus bədəndə qızdırma, baş ağrısı və öskürəklə müşayiət edilir.

Hətta ölümcül ola biləcəyi deyilən Denq virusuna Azərbaycanda yoluxma riski varmı?

Məsələ ilə bağlı tibbi ekspert Adil Qeybulla Yenicag.az-a açıqlamasında bildirib ki, adıçəkilən virusa ciddi yanaşmaq lazımdır:

“Azərbaycanda ağcaqanadların əsas yaydığı virus Malyariya plazmodidir. Buna görə də hələ sovet dövründə bataqlıqların qurudulması, ağcaqanadların məhv edilməsi kimi işlər aparılırdı.

Afrikada, xüsusilə tropik zonalarda Hemorragik qızdırmalar yayan viruslar – Denqe, Ebola və s. məhz milçəklər vasitəsilə yayılır. Onlar qarşısı alınmasa pandemiya yaradacaq gücdə olan viruslardır. Ancaq həmin virusların qarşısı mümkün qədər alınaraq lokallaşdırılır.

Adıçəkilən infeksiya qanla keçdiyi üçün pandemiya yaratmağı real görünmür.

Pandemiya çox asan yolla yayılan infeksiyalara aiddir. Məsələn, qrip, koronavirus və s. Amma müəyyən bir arealda Denqa virusun yayılması, əlbəttə, xeyli insanın səhhətində problemlər yarada bilər. Ona görə də məsələyə ciddi yanaşmaq lazımdır”.

Sadiq Cavadov

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv