!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərbçilərin olduğu konvertoplanı qəzaya uğradı - Ekipajdan xəbər yoxdur

!Reklam – Yazi

Çərşənbə günü, noyabrın 29-da göyərtəsində 8 nəfərin olduğu ABŞ-a məxsus V-22 Osprey hərbi təyyarəsi Yaponiyanın qərbində dənizə düşüb.

Yenicag.az bu barədə “Reuters”ə istinadən xəbər verir.

Sahil mühafizə xidməti helikopterin düşdüyü Yakuşima adasına patrul qayıqları və təyyarələr göndərdiyini bildirib. Yerli balıqçı icmasının nümayəndəsi deyib ki, ərazidə balıqçı qayıqları ətraf sularda 3 nəfər tapıb, lakin onların vəziyyəti məlum deyil.

Prefektura hökumətinin sözçüsü qəzanın adanın hava limanı yaxınlığında baş verdiyini və həmin gün başqa bir “Osprey” təyyarəsinin uğurla eniş etdiyini söyləyib.

ABŞ-ın bölgədəki qüvvələri hələ məlumat toplayır.

Media qəzanın təxminən saat 15:00-da (Bakı vaxtı ilə 06:00) baş verdiyini yazır, şahidlərin iddiasına görə, təyyarə aşağı enərkən sol mühərriki yanıb.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib ki, təyyarə hadisədən 20 dəqiqə əvvəl radarlardan itib.

Qeyd edək ki, “V-22 Osprey” təyyarələri ABŞ Dəniz Piyadaları Korpusu, ABŞ Hərbi Dəniz Qüvvələri və Yaponiya Müdafiə Qüvvələrinin xidmətindədir.

Daha əvvəl bu təyyarələrin Yaponiyada yerləşdirilməsi mübahisələrə səbəb olub. Tənqidçilər onun qəzaya meylli olduğunu iddia ediblər. ABŞ və Yaponiya hərbçiləri isə əksinə, bunun təhlükəsiz olduğunu bəyan ediblər.

Avqust ayında ABŞ-ın “Osprey” təyyarəsi Avstraliyanın şimalında hərbi təlim üçün əsgərləri daşıyarkən qəzaya uğrayıb və üç dəniz piyadası həlak olub./Qaynarinfo

www.yenicag.az

137
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv