!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərbi büdcədə 1 milyardlıq artım: Liz Trassın vədini Rişi Sunak gerçəkləşdirir

!Reklam – Yazi

Böyük Britaniya qarşıdakı iki il ərzində hərbi büdcəsini 1 milyard funt sterlinq məbləğində artıracaq.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə məlumatı hökumətdəki mənbələrə əsaslanan “The Telegraph” nəşri yayıb.

Məlumata görə, Böyük Britaniyanın Müdafiə və Maliyyə nazirlikləri ölkənin hərbi büdcəsinin iki dəfə artırılmasına dair prinsipial razılığa gəlib.

Qeyd olunur ki, dövlət büdcəsinə nəzərdə tutulan dəyişiklikləri maliyyə naziri Ceremi Hant 2023-cü ilin yazında elan edəcək.

Nəşrin yazdığına əsasən, hərbi xərclər Ukrayna müharibəsinin davam etdiyi şəraitdə müdafiə naziri Ben Uollesin tələbi ilə artırılır.

Vurğulanan artıma uyğun olaraq, 2024-25-ci il dövlət büdcəsində hərbi xərclər 48,6 milyard funt sterlinqdən 50,1 milyard funt sterlinqə çatdırılacaq.

O da xatırladılır ki, indiki Baş nazir Rişi Sunakın sələfi Liz Trass 2030-cu ilə qədər ölkənin hərbi xərclərinin Ümumi Daxili Məhsulun (ÜDM) 3 faizi həcmində olacağını vəd etmişdi.

www.yenicag.az

307
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv