!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərbi ekspertdən Qarabağda toqquşma ANONSU: "Sülhməramlıların fəaliyyət müddətinin bitməsi yaxınlaşdıqca..."

!Reklam – Yazi

“Paşinyan devrilsə, Qarabağda toqquşmalar olacaq, müharibə ehtimalı da ola bilər. Ancaq bu müharibə ermənilər üçün çox baha başa gələcək”.

Bu sözləri Ermənistanda keçirilən etiraz aksiyaları fonunda Qarabağda baş verə biləcək gərginlikləri və müharibə ehtimalını şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, Ermənistanda “Qarabağ klanı” Rusiyanın dəstəyi ilə Baş nazir Nikol Paşinyanı devirmək istəyir:

“Bütün bu gərginliklər Brüssel razılaşmasından, Paşinyanın sülh və Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı çıxışlarından sonra başladı. Bundan əlavə, Ermənistanla Türkiyə arasında da münasibətlərin normallaşması yönündə addımlar atılır. Ruslar bunu qəbul edə bilmir. Beləcə Rusiya “Qarabağ klanı”nı ayağa qaldırıb. Mitinqlərə baxmayaraq, Paşinyanın devirlmə ehtimalını görmürəm. Çünki ABŞ və Avropa amili var və onlar Paşinyana dəstək verəcəklər.

Qarabağda da gərginliyin artmasının səbəbi Ermənistanda baş verən olaylardır. Son vaxtlar atışmalar baş verir. Bundan başqa, Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə səngərlər qazılır, mövqelər möhkəmləndirilir. Azərbaycan ordusu bütün bunlara cavab olaraq daim hazırlıq vəziyyətindədir.

Azərbaycan ordusunun tərkibində komando briqadaları yaradılıb. Bu qüvvələr operativ əməliyyat şəraitində tapşırıqları yerinə yetirməyə qadirdir. Əgər ərazidə hər hansısa təxribat xarkaterli hadisələr baş verərsə, Azərbaycan ordusu soruşmadan əməliyyat keçirmə səlahiyyətindədir.

Rusiya sülhməramlılarının fəaliyyət müddətinin bitməsi yaxınlaşdıqca gərginlik, hətta lokal toqquşmaların olması gözləniləniləndir. Ruslar çalışacaq ki, müddəti artırmaq üçün təxribatların sayını artırsın”.

Səxavət Məmməd

www.yenicag.az

1011
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv