!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərbi ekspertdən ŞOK AÇIQLAMA: İrandan Ermənistana daşınan silahlar bu ölkəyə göndərilir

!Reklam – Yazi

“Sərhəddə heç bir əməliyyat olmayacaq və heç nədən narahat olmağa dəyməz. Sadəcə olaraq, gərginlik həmişə olub, bundan sonra da olacaq. Mən hər kəsin fikrinə böyük hörmətlə yanaşıram, lakin istəməzdim ki, bəzi məqsədyönlü şəkildə vəziyyəti qızışdırmaq üçün deyilən şərhlərə, fikirlərə çox bənd olaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

O, Rusiyanın “Kommersant” nəşrinin Ermənistan-Azərbaycan şərti sərhədində ehtimal olunan toqquşmalarla bağlı yazdığı “İrəvan və Bakı “silah diplomatiyası”na qayıtdılar. Cənubi Qafqazda sülh prosesi yenidən iflasa uğramaq ərəfəsindədir” məqaləsinə münasibət bildirib.

Hərbi ekspert diqqətə çatdırıb ki, baş verən proseslər Qarabağda olsaydı, düşünmək olar ki, orada hansısa revanş xarakterli addım ola bilər.
“Amma gəlin, unutmayaq ki, burada söhbət Naxçıvan Muxtar Respublikasından gedir.

Naxçıvanın təhlükəsizliyinə bir başa qarant ölkə Türkiyə Cümhuriyyətidir. Çünki Qars müqaviləsinə əsasən, Naxçıvanın təhlükəsizliyi, bilavasitə, Türkiyənin qarantı altındadır və Ermənistanın Naxçıvana qarşı hər hansısa bir addım atması intihara bərabərdir”, – deyə o əlavə edib.

Ü.Cəfərov əmindir ki, əgər bu gün sərhədlərin açılması və Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasından söhbət gedirsə, İrəvan Naxçıvanla bağlı hər hansı bir addım ata bilməz:

“Eləcə də genişmiqyaslı hərbi eskalasiyanın olmasını düşünmürəm. Əgər bu 5 aprelə qədər olsaydı, bu barədə haradasa düşünmək olardı. Təsəvvür edin ki, NATO üzvü olan Türkiyənin patronajlığı altında olan bir bölgədə ABŞ və Aİ ilə yaxınlaşmağa qərar verən Ermənistan hansısa bir addım atsın. Məncə, bu, bir az qeyri-ciddi görünür. Onsuz da uzun müddətdir ki, söyləyirlər ki, toqquşmalar olacaq. Düşünürəm ki, şərti sərhəddəki atışmalara çox da bənd olmaq lazım deyil. Çünki sərhədlər müəyyənləşdiriləndən və yekun sülh sənədi imzalanandan sonra bu məsələlər də arxa plana keçəcək”.

Mütəxəssis aydınlaşdırıb ki, bu gün Ermənistanın sərhədlərini kimin qoruduğunu bilirik:

“Ona görə də Markedonov, Korotçenko və Markov kimiləri məqsədyönlü şəkildə bəzi məsələləri bir cümlə Azərbaycanın xeyrinə deyirlərsə, 11 cümlə də öz dövlətlərinin milli maraqlarından çıxış edirlər. İki gündür Rusiya sülhməramlıları guya Qarabağda minatəmizləmə işlərinə başlayıblar, lakin heç kim bir cümlə belə olsun bu haqda danışmır. Hərçənd ki, ANAMA rəhbəri Vüqar Süleymanov ötən həftə dedi ki, onlar ayın 6-dan bu prosesə başlayırlar”.
Hərbi analitik iddia edib ki, Rusiya mediası diqqəti əsas məsələlərdən yayındırmaq üçün, “savaş olacaq”, “silah daşınır” kimi söhbətlər edirlər:

“Biz İrandan Ermənistana daşınan silahın sonrakı marşrutunu niyə izləmirik? O silah axı Ermənistanda qalmır, əksinə, Rusiyanın 102-ci bazası vasitəsilə Rostova, oradan da Ukraynaya aparılır. Bəli, İrandan Ermənistana təyyarələr silah-sursat daşıyır, lakin sual etmək lazımdır ki, o silah-sursat Ermənistanda qalır, yoxsa Rusiyaya dislokasiya edilir? Biz, nədənsə, bu məsələləri ciddiyə almırıq”.

Ü. Cəfərov hesab edir ki, Ermənistanın Azərbaycanla baş-başa gəlməyə hər hansı gücü və potensialı yoxdur:

“Yaxın bir neçə ilə də Ermənistan ordusunun Azərbaycanla müharibə aparmaq imkanları mövcud deyil. Ona görə də Ermənistan nə qədər ağılsız hərəkət etsə də, indiki Azərbaycana, xüsusilə də Naxçıvana qarşı hər hansı bir hərəkət etməyə cürəti çatmaz. Çünki onlar bilirlər ki, bunu bədəli onlar üçün çox ağır olacaq”.

Rafi Müslümov

www.yenicag.az

352
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv