!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərbi əsirlər dəyişdirildi – Aralarında mülki şəxslər də var

!Reklam – Yazi

Ukrayna və Rusiya arasında hərbi əsirlərin dəyişdirilməsi proseduru həyata keçirilib.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müvəqqəti işğal altındakı ərazilərdə reinteqrasiya məsələləri üzrə müavini İrina Vereşukun açıqlamasında qeyd olunub.

“Bu gün 60 hərbi əsirimizi geri qaytardıq, onlardan 10-u zabitdir. Onlardan başqa, 16 mülki şəxs də əsirlikdən xilas edilib”, – deyə Vereşuk bildirib.

Qeyd olunur ki, Ukrayna ilə Rusiya arasında hərbi əsirlərin dəyişdirilməsi üzrə ilk proses 10-un 10-a prinsipi əsasında martın 24-də baş tutub. Daha sonra gerçəkləşdirilən əsir mübadiləsində isə 11 Rusiya hərbçisi və 19 Ukrayna mülki dənizçisi azad olunub.

Aprelin 1-də baş tutan mübadilədə 15-i qadın olmaqla, 86 ukraynalı hərbçi geri qaytarılıb. Aprelin 9-da 26, aprelin 14-də isə 30 ukraynalı hərbi əsir azad edilib.

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv