!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Hərbi Jurnalist Rəşad Süleymanov" Media Mükafatının TƏQDİMATI: Qaliblər sırasında "Yenicag.az" da var - FOTOLAR

!Reklam – Yazi

“Poliqon” (“Azeri Defence”) jurnalının təsisçisi və baş redaktoru olmuş mərhum hərbi jurnalist Rəşad Süleymanovun adına təsis olunmuş Media Mükafatının təqdimat mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, hərbi sahədə göstərdiyi səmərli fəaliyyətinə görə və Milli Mətbuatın yaranmasının 148-ci ildönümü münasibətilə 12 Azərbaycan KİV nümayəndəsinə “Hərbi Jurnalist Rəşad Süleymanov” Media Mükafatı verilib.

Mükafata layiq görülənlər sırasında “Yeni Çağ” Media Qrupu da yer alıb. Belə ki, “Yeni Çağ” Media Qrupunun əməkdaşı Səxavət Məmməd hərbi sahədə göstərdiyi səmərəli fəaliyyətinə görə, “Hərbi Jurnalist Rəşad Süleymanov” Media Mükafatına layiq görülüb.

ASELSAN-Bakı şirkətinin dəstəyi ilə keçirilən Media Mükafatının təqdimat mərasimi Mətbuat Şurasında baş tutub.

Təqdimat mərasimində Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli iştirak edib.

Bundan əlavə Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların, Səfərbərlik xidmətini nümayəndələri də təqdimat mərasimində iştirak ediblər.

www.yenicag.az

344
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv