Hərbi məhkəmələrin səlahiyyətləri artırılır

Azərbaycanda hərbi məhkəmələrin səlahiyyətləri artırılır.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanunun 31-ci (Hərbi məhkəmə və onun səlahiyyətləri) maddəsinə əlavələr təklif edilir.

Təklifə əsasən, hərbi məhkəmə birinci instansiya məhkəməsi kimi inzibati xətalara dair işlərə də baxa biləcək.

Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

COP29