!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərbi poliqona çevrilən Ermənistan: "AntiRusiya koalisiyası çalışır ki..."

!Reklam – Yazi

“Ermənistana gələn heç bir dövlət demir ki, gəlib zavod, fabrik tikəcəyik, hamısı hərbi baza açmaq niyyətindədir”.

Bu sözləri Fransa və Hindistan rəsmilərinin Ermənistanda hərbi baza quracaqları yönündə açıqlamaları dəyərləndirən hərbi ekspert Telman Qasımov Yenicag.az-a açıqlamasında deyib.

Telman Qasımov bildirib ki, Qərb Rusiyanın 102-ci hərbi bazasını Ermənistandan çıxarmaq niyyətindədir:

“Ermənistanda antiRusiya koalisiyasının formalaşmasının çalarlarını görürük. AntiRusiya koalisiyası çalışır ki, Rusiyanın Ermənistandakı 102-ci bazasını oradan çıxarsın. Fransa baza qurmaq istəyir, Kanada Ermənistana gəlir. Qərb Rusiyanı sıxışdırmaq niyyətindədir. Baza məsələləri dəqiqləşəndən sonra 102-ci bazanın Ermənistandan çıxması gündəmə gələcək. Bütün proseslər ona doğru gedir.

Ruslar müqavimət göstərsə, Ermənistan poliqona çevriləcək. Fikir verirsinizsə, Ermənistana daxil olan qüvvələrin iqtisadi yox, hərbi maraqları var. Əzələ nümayişi gedir. Heç bir dövlət demir ki, gəlib zavod, fabrik tikəcəyik, hamısı hərbi baza açmaq niyyətindədir”.

Səxavət Məmməd

www.yenicag.az

498
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv