!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərbi Prokurorluq qalib qazilərə divan tutur - VİDEO

!Reklam – Yazi

Hərbi prokurorluq Azərbaycan hərbçilərinin bəlasına çevrilib desək, yanılmarıq.

Müharibənin ilk günündən döyüşlərdə iştirak edib, xüsusi fəallıq göstərən mayor Kazımov Ziya Hərbi Prokurorluq tərəfindən şərlənərək həbslə üzləşib. Təsəvvür edin, göstərdiyi xidmətlərə görə bəlkə də ürəyində qəhrəmanlıq adı veriləcəyini gözləyən zabit hərbi prokurorluğun caynağına keçib.

Xüsusi Təyinatlı kursları müvəffəqiyyətlə başa vuran Kazımov Ziyanın rəhbərlik etdiyi hərbi hissə Hadruta daxil olan ilk hərbi hissələrdən olub.

44 günlük vətən müharibəsində hərbi hissə komandiri vəzifəsində olarkən şiddətli və bir o qədər də şərəfli döyüşlərdə iştirak edib. “Lələ-illah” dağının qarşısındakı düşməni məhv edərək həmin yüksəkliyi və düşmən mövqelərini almaqla başlayan döyüş yolu Cəbrayıl, Hadrut, Fizuli və Şuşayadək uzanıb.

Onun rəhbərlik etdiyi hərbi hissə Şuşanın işğaldan azad edilməsi əməliyyatında da xüsusi xidmət göstərib. Noyabrın 9-da yaralanan zabitə ilk müdaxiləni isə həkimlər yox, məhz hərbi prokurorluğun əməkdaşları edib. Xəstəxanada yatmalı olan zabiti barmaqlıqlar arasında yatmağa göndəriblər.

Ziya Kazımovun xidmətləri barədə araşdırma aparanda məlum olur ki, onunla çiyin-çiyinə döyüşənlər komandirlərindən örnək alıblar. Döyüş yoldaşları ilə söhbət zamanı hər biri bildirib ki, ona baxıb, onu örnək alıb düşmən üzərinə gediblər. Maraqlıdır ki, örnək alınan zabit hərbi prokurorluğun düşməninə çevrilib. Düşmənə qan udduran hərbi hissə komandirinə indi də hərbi prokurorluq qan uddurur. Sanki döyüşdə öldürdükləri ermənilərin intiqamı alınır Ali Baş Komandanın fədailərindən.

Ziya Kazımovun keçdiyi kurslara baxanda, dövlətin onun üçün nə qədər xərc çəkdiyini də görmüş oluruq.

Ziya Kazımov əgər günahkar idisə, vətənə xəyanətdə suçlanırdısa, hərbi prokurorluq niyə müharibə bitmədən onun haqqında tədbir görmürdü? Yaxud 2017-ci ildə açılan cəsus qalmaqalına görə ittiham edilən zabit niyə indiyənə qədər xidmət edirdi? Ona son üç ildə hərbi rütbə və vəzifə niyə verilirdi?

Bütün bunları nəzərə aldıqda, hərbi prokurorluğun mövqeyində və niyyətində pislik görməmək üçün kor olmaq lazımdır.

Azərbaycan məhz Ziya Kazımov kimi zabitlər sayəsində Vətən müharibəsindən qalib ayrılıb, işğal altındakı torpaqlarının böyük hissəsini azad edib. Belə zabitləri baş tacı etmək yerinə dəmir barmaqlıqlar arasına göndərmək, boynuna qoymaq istədikləri vətənə xəyanətlə eyni qiymətləndirilir.

Və unutmayaq ki, Ziya hərbi prokurorluğun, xüsusilə, Hərbi Prokrorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ağakişi Acalovun zülm etdiyi qəhrəman zabit və əsgərlərdən sadəcə biridir. Hərbi Prokurorluğun divarları dilə gəlsə, çox acı həqiqətlərə şahid olacağımızdan artıq şübhəmiz yoxdur.

www.yenicag.az

5524
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv