!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərbi yardımlar üçün Kiyevdən ödəniş TƏLƏBİ: “Ukrayna ordusunun uğur qazana bilməməsi...”

!Reklam – Yazi

“Əgər Ukraynaya yardım edilirsə belə, qarşılığında müəyyən ödəmə üsulları təklif olunur”.

Bu fikirləri Avropa İttifaqının (Aİ) Daxili bazar üzrə komissarı Terri Bretonun Brüsselin Ukraynaya yardımları ilə bağlı Kiyevdən verilən narazı bəyanatları şərh edən politoloq Asif Nərimanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin başladığı gündən bəri ABŞ və Avropa tərəfindən bu münaqişəyə fərqli yanaşma sərgilənməkdədir:

“Yəni hazırki münaqişə birmənalı olaraq, geosiyasi maraqlar üzərində idarə olunur. Xüsusilə, Avropa bu müharibədə Ukraynanın qarşısında müəyyən öhdəliklər qoyub. Lakin əks-hücum əməliyyatlarının uğursuzluqla nəticələnməsi Ukraynaya qarşı münasibəti dəyişdi.

Əlavə olaraq, istər ABŞ, istərsə də Avropa Ukrayna “yük”ü fonunda müəyyən problemlərlə qarşılaşır. Ukraynaya yardım paketlərinə gəldikdə isə bu ərazi konkret olaraq ya silahların sınanması, ya da yardım ilə pulların silinməsi üçün seçilib.

Çünki yardımı ayıran da Qərbdir, orada müəyyən layihələri həyata keçirəcək olan şirkət də Qərbə məxsusdur. Pullar bir şirkətdən digərinə köçürülür. Nəticədə isə Kiyevə ayrılan yardım heç nəyə çatmır. Təbii ki, indiyə qədər də bu kimi hallar hər zaman olub. Lakin Ukraynada yaranan “fürsət” bu işləri daha da rahatlaşdırıb.

Eyni zamanda, əgər Ukraynaya yardım edilirsə belə, qarşılığında müəyyən ödəmə üsulları təklif olunur. Bu təkliflərin isə nə olduğu ictimaiyyətə açıqlanmır, bəlkə heç vaxt da açıqlanmayacaq. Terri Bretonun da açıqlaması bu kontekstdə şərh edilə bilər. Hazırda isə Ukrayna ordusunun uğur qazana bilməməsi Qərb cəmiyyətində mənfi rəy formalaşdırıb”.

Nəsimi Ələsgərli

www.yenicag.az

209
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv