!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərrac keçirildi: 13 nəqliyyat vasitəsi və buldozer satıldı

!Reklam – Yazi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mayın 16-da keçirilən özəlləşdirmə hərracına çıxarılan nəqliyyat vasitələrinə və texnikaya (buldozer) ümumilikdə 38 sifariş qəbul edilib, 13 nəqliyyat vasitəsi və texnika (buldozer) satılıb.

Dövlət Xidmətindən Yenicag.az-a verilən məlumata görə, budəfəki hərracda “Buldozer T-130” markalı texnikaya maraq daha çox olub. Belə ki, buldozerin ilkin satış qiyməti 2000 manat olsa da, ən son təklif 4800 manata yüksəlib. Bundan başqa, 700 manat ilkin satış qiyməti ilə təklif edilən “QAZ 66-11” markalı nəqliyyat vasitəsi 2500 manata satılıb.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən növbəti hərraclar mayın 23 və 30-da keçiriləcək.

www.yenicag.az

337
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv